13 Dekabr 2018 18:08
240
SİYASƏT
A- A+

RF XİN: Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar


Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətləri başçılarının görüşündən sonra ATƏT-in Minsk qrupunun köməyi ilə konkret tədbirlər hazırlamalıdırlar.

AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirdiyi brifinqdə söyləyib.

Mariya Zaxarova qeyd edib ki, konkret tədbirlərin bütöv bir kompleksindən söhbət gedir. O deyib: "Bu tədbirləri hazırlamaq lazım gələcək. Münaqişə tərəfləri ATƏT-in Minsk qrupunun köməyi ilə bu məsələ ilə məşğul olmalıdırlar”.

RF XİN-in rəsmi nümayəndəsi daha sonra bildirib ki, Milan görüşündən sonra intensiv dialoq aparılır. Rusiya tərəfi ATƏT-in Minsk qrupunun həmsədri kimi, "başlıca məqsədə nail olmağa yönəlmiş müsbət dinamikaya” kömək edəcək.

"Başlıca məqsədi isə bilirsiniz, biz bu barədə dəfələrlə danışmışıq”, - deyən M. Zaxarova vurğulayıb ki, nazir Sergey Lavrovun Bakıya bugünkü səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq.

O deyib: "Rusiyalı nazirin regiona səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi həmişə mərkəzi mövzulardan biridir. Nazir həm Bakıya, həm də Yerevana gedir. Bu da təbiidir, çünki bu, hər iki ölkə üçün mühüm məsələdir, Rusiya isə müvafiq prosesin həmsədridir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video