13 Dekabr 2018 17:59
680
Mədəniyyət
A- A+

Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr edilmiş film çəkib


Bakı Media Mərkəzi Nobel qardaşlarının Azərbaycanda neft sahəsində fəaliyyətinə həsr olunmuş "Miras” adlı bədii-sənədli film hazırlayıb. Film layihəsi "Nobel oil” şirkətinin sponsorluğu ilə həyata keçirilib.

Bakı Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, filmin məqsədi Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin həm regionda, həm də dünya neft hasilatının inkişafında tarixi rolu və əhəmiyyətini vurğulamaq, eləcə də Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliği işinə töhfə verməkdir.

Ekran əsərində Nobellərin böyük nailiyyətləri - dünyada ilk neftdoldurma tankeri və neft məhsullarının saxlanılması üçün dəmir çənlərin (rezervuarların) yaradılması, Avropada ilk neft boru kəmərinin məhz Bakıda istifadəyə verilməsi və şirkətin neft sənayesində tətbiq etdiyi bu kimi bir sıra digər yeniliklərdən də bəhs olunur.

Eyni zamanda, filmdə neft sənayesinin inkişafı ilə "qara qızıl”ın geostrateji xammal kimi əhəmiyyətinin artması, eləcə də Azərbaycanın regionda geosiyasi önəm qazanması və bir neçə qitənin nəhəng şirkətlərinin Bakı nefti uğrunda gərgin mübarizə aparmalarından da danışılır.

Bundan başqa, filmdə Nobel Mukafatı Fondunun 15-17 faizinin "Nobel qardaşları" neft hasilatı şirkətinin Bakı neftindən əldə edilmiş gəlirləri hesabına təşkil etməsi qabardılır və Bakı neftinin tarixi, bəşəri əhəmiyyətli Nobel Mukafatı Fondu ilə üzvü bağlılığı qeyd olunur.

Həmçinin "Miras” filmində Nobel qardaşları tərəfindən "qara qızıl"a dair yaradılan irsin bu gün Azərbaycanda inkişaf etməsi və ölkənin dünyanın etibarlı enerji təminatında rolu nümayiş olunur.

"Miras” bədii-sənədli filminin ssenari müəllifi və quruluşçu rejissoru Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir.

Filmin tezliklə ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, "Əbədi ezamiyyət”, "Multikulturalizm ili”nə həsr olunmuş "Bir günəş altında”, "Son iclas” və digər sənədli filmlər yer alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video