13 Dekabr 2018 00:25
888
Qanunlar
A- A+

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, maddə 1389) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.1-ci maddədə "yaradılır” sözündən sonra "və fəaliyyət göstərir” sözləri əlavə edilsin.

2. 23-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.”.

3. 24.1.8-ci maddədən "və Audit Komitəsinin”, "həmin idarəetmə orqanlarının” sözləri çıxarılsın və həmin maddədə "bankın inzibatçılarının” sözlərindən əvvəl "bu qanunun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

4. 24.3-cü maddənin ikinci cümləsinə "ümumi yığıncaqları” sözlərindən sonra "(o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar)” sözləri əlavə edilsin.

5. 24.5-ci maddənin birinci hissəsinin ikinci cümləsinə "hər bir” sözlərindən sonra "növbəti” sözü, ikinci hissəsinin ikinci cümləsinə "qaydası” sözündən sonra "və müddəti” sözləri əlavə edilsin.

6. Aşağıdakı məzmunda 25.1.5-1-ci maddə əlavə edilsin:

"25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;”.

7. 25.1.9-cu maddədə "bankın nizamnamə kapitalının” sözlərindən əvvəl "bu qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

8. 25.2-ci maddənin ikinci cümləsində "4” rəqəmi "3” rəqəmi ilə əvəz edilsin.

9. 26.2-ci maddənin ikinci cümləsində "4” rəqəmi "3” rəqəmi ilə əvəz edilsin.

10. 27.3-cü maddədə "4” rəqəmi "3” rəqəmi ilə, "Səhmdarların Ümumi Yığıncağı” sözləri "Müşahidə Şurası” sözləri ilə əvəz edilsin.

11. 27.4-cü maddədə "fiziki şəxslər” sözləri ", habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər” sözləri ilə, "Səhmdarların Ümumi Yığıncağının” sözləri "Müşahidə Şurasının” sözləri ilə əvəz edilsin.

12. 28.1-ci maddənin birinci cümləsindən "İdarə Heyəti və” sözləri çıxarılsın.

13. 58.2-ci maddənin birinci cümləsinə "ləğvi” sözündən sonra "bu qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

14. 59.8-ci maddənin birinci cümləsinə "ləğvi” sözündən sonra "bu qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video