12 Dekabr 2018 21:29
260
CƏMİYYƏT
A- A+

Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər


Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, Ulu Öndərin əziz xatirəsi daim uca tutulur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının on beşinci ildönümü ilə əlaqədar ədliyyə işçiləri Fəxri xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək məzarı önünə gül dəstələri düzüb, dahi rəhbərə dərin ehtiramlarını bildiriblər. Sonra əbədiyaşar liderin nazirlikdəki büstü önünə tər çiçəklər qoyulub, işıqlı xatirəsi anım mərasimində bir dəqiqəlik sükutla yad edilib.

Nazirliyin Heydər Əliyev muzeyində təşkil olunmuş mərasimdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasətçi və dövlət xadimi Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, zəngin dövlətçilik irsindən bəhs edib. Nazir dahi öndərin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və sürətli inkişafını qeyd edib, respublikamızın bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlərini vurğulayıb.

Bildirilib ki, 100 illik tarixi olan Ədliyyə Nazirliyinin dövlət strukturu kimi yenidən təsis edilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə tarixinə həsr olunmuş, bu ərəfədə ərsəyə gəlmiş "Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda” adlı kitabda Ulu Öndərin fəaliyyətinin bütün dövrlərində ölkəmizin hüquq, o cümlədən ədliyyə sisteminin inkişafı naminə göstərdiyi müstəsna xidmətləri xüsusi yer alıb.

Çıxış edənlər dahi liderin müəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə daim sadiq qalacaqlarını, respublikamızın hərtərəfli inkişafı və müasirləşməsi naminə yorulmaz fəaliyyətində Azərbaycan Prezidentinə layiqli yardımçı olmaqla qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.

Anım günü ilə bağlı ədliyyənin bütün struktur qurumlarında tədbirlər keçirilib. Ədliyyə fəaliyyətinə cəlb olunmuş gənc könüllülər nazirliyin Heydər Əliyev muzeyində Ümummilli Liderin zəngin həyatı və çoxşaxəli fəaliyyətinə dair maraqlı ekspozisiyalarla tanış olublar. Onlar üçün mühazirə söylənilib, elektron məlumat lövhəsində fotoslaydlar və kinozalda filmlər nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video