12 Dekabr 2018 19:27
251
CƏMİYYƏT
A- A+

Zaqatalalılar ulu öndərin xatirəsini ehtirmla yad etmişlər


Zaqatala rayonunda Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ümumilikdə 12 min nəfərdən çox adam iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə tər çiçəklər düzüblər. Sonra Heydər Əliyev Mərkəzində anım günü münasibəti ilə elmi-praktik konfrans keçirilib.

Konfransdan əvvəl dövlət himni səsləndirilmiş və ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin "Böyük ömrün anları” mövzusunda məruzəsi dinlənilib.

Konfransda dinlənilən həm bu, həm də digər məruzələrdə ulu öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı söz açılmışdır.

Konfrans ümummilli liderə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.

"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video