12 Dekabr 2018 19:09
239
SİYASƏT
A- A+

Vladimir Putin Heydər Əliyevə sovet dövrünün sonunda modernləşmənin lideri kimi dərin və səmimi hörmət bəsləyirdi

Postsovet dövründə yüksək hakimiyyət dairələrinin pərdələdiyi siyasi müəmmalardan biri - Vladimir Putin ilə Heydər Əliyevin münasibətləri məsələsi hələ də sona qədər aydınlaşdırılmayıb. Belə adlandırılan şəxsiyyətlərarası "kimya” haradan əmələ gəlib və bu, nə deməkdir? 2000-ci il prezident seçkilərində Vladimir Putinin qələbəsindən sonra Moskva ilə Bakı arasında müəyyən məsafə gözlənilməklə uzunmüddətli siyasi yaxınlaşmanın nə üçün mümkün olmasını necə anlamaq əslində bu sualın cavabından asılıdır.

Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev "Vestnik Kavkaza” agentliyinin suallarına cavab verib.

Fabula

İyirmi ilə yaxındır ki, biz Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin "incə şəkildə” nizamlanmasının bəhrələrini müşahidə edirik. Postsovet məkanı üçün unikal sayılan bu qədər uzunmüddətli qarşılıqlı rəğbətin səbəblərini müxtəlif modulyasiyalarla aşağıdakı 3 amildən ibarət hesab etmək olar: elitaların ideya yaxınlığı – hər iki ölkə üçün ortaq olan mühafizəkarlığa ümid bəslənməsi; birgə investisiya-iqtisadi və digər biznes-layihələrin inkişaf etdirilməsi yolu ilə "qeyri-liberal demokratiya” modelinin qarşılıqlı dəstəklənməsi; varisliyin qorunub saxlanması – dünyəvi "rəngli inqilab” təhdidləri potensialının artması, Cənubi və Şimali Qafqazın hərbiləşdirilmiş gizli mühitindən islamçıların gözlənilməz hücumları fonunda xüsusi xidmətlərin sıx qarşılıqlı fəaliyyəti. Bəri başdan qeyd edək ki, qarşılıqlı fəaliyyətin tapılmış formulası Qarabağ böhranı baryerini üstələyir.

Bu qərarlaşmış qaydalara və ya elitlərarası ali səviyyəli kommunikasiyanın qeyri-aşkar modeli əsas götürülməklə son 20 ildə ikitərəfli münasibətlərin cari gündəliyindəki bir sıra mürəkkəb məqamlar (məsələn, Xəzərin resurslarının mənimsənilməsinə qərb şirkətlərinin yaxın buraxılması və ya Qəbələ RLS barədə qarşılıqlı fəaliyyətin xarakteri) xüsusi xarakter daşıyır və qarşılıqlı etimadın böhranına çevrilmir. Digər tərəfdən, məsələn, İlham Əliyevin 2015-ci ildə Şərq tərəfdaşlığına dair Riqa Sammitində iştirakdan imtina etməsi Moskva üçün onunla kompromislər modelinin saxlanması markerinə çevrildi, eyni zamanda, Krım məsələsində Bakı, təbii ki, heç bir fikir söyləmədən Kiyevlə həmrəy olduğunu göstərdi.

Liderlər

Rusiya və Azərbaycan bürokratiyasının tarixi əsasları ortaqdır. Söhbət çox vaxt "Andropov çağırışı” adlandırılan idarəçilər nəslindən gedir. Onlar əvvəlcə - 1960-cı illərdə hakimiyyətdə bolşeviklər nəslini əvəz etdilər (Azərbaycan üçün bu, Vəli Axundovdan Heydər Əliyevə qədər olan dövrü əhatə edir), sonra isə - 1990-cı illərdə yeni sərt rəqabət şəraitində hakimiyyəti postsovet kapitalistlərinin və siyasi idealistlərin əlindən aldılar. Müxtəlif sovet respublikalarında idarəçiliyin və hakimiyyətin müxtəlif sahələrindən olan bu insanlar eyni dalğaya köklənmişdi – onların məqsədi 1980-ci illərin ortalarında Sovet iqtisadiyyatında və ümumiyyətlə, İttifaqda həyatın bütün sahələrində dərin modernləşmə və transformasiya aparmaqdan ibarət idi. Heydər Əliyev də onlara aid idi. Üstəlik, o, həmin dalğanın liderlərindən biri idi, bu haqda yetərincə çox yazılıb. Vladimir Putin xeyli dərəcədə Andropovun uğursuz modernləşmə ideyalarının varisidir. Əslində, Heydər Əliyev ilə Vladimir Putin arasında qarşılıqlı anlaşma, onların baxışlarının üst-üstə düşməsi bu zəmin üzərində baş verdi. Bu, hər ikisinə yaxşı məlum idi.

Onların münasibətləri, həyatının uzun illərini kəşfiyyat və təhlükəsizlik sistemində xidmətə sərf etmiş bütün insanları birləşdirən peşə qardaşlığından əlavə, həm də buna əsaslanırdı ki, Vladimir Putin Heydər Əliyevə sovet dövrünün sonunda (1970-1980-ci illərdə) modernləşmənin lideri kimi dərin və səmimi hörmət bəsləyirdi. Əlbəttə, Heydər Əliyev bunu bilirdi. Hər ikisi texnokratlar olan Vladimir Putin ilə Heydər Əliyevin bu mental əlaqəsini nəzərə alsaq, burada əsas məsələ mühafizəkarlıqdır. Dərhal aşkar edilməmiş bu intonasiya tədricən hakim elitanın bütün fəaliyyətinə nüfuz edirdi.

Rusiya Prezident Administrasiyasının keçmiş rəhbəri Sergey İvanovun çıxış və məqalələrinin tezislərini onun həmkarı, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqalələri ilə müqayisə edin. Onlar hər ikisi dövlətin dünyəvi xarakteri qorunub saxlanmaqla mühafizəkar dəyərlərin əhəmiyyətini vurğulayır, hər ikisi qlobal dünyada ekspansiya şəraitində dövlətin və cəmiyyətin müxtəlif səviyyələrində suverenliyi qoruyub saxlamağın çətin olması barədə danışır. Yeri gəlmişkən, xatırladaq ki, Ramiz Mehdiyev həm ikitərəfli əsasda, həm də MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin illik samitlərinin iştirakçısı kimi daim Rusiya Təhlükəsizlik Şurasının rəhbərləri ilə əlaqə saxlayır. Bu, iki ölkənin elitalarının ideya yaxınlığını nümayiş etdirən daha bir platformadır. Bu mənada yeni inqilabi dalğanın liderləri qərarlaşmış kommunikasiya qaydalarını və maraqların amanabənd tarazlığını pozanlar, məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan, hətta iki ölkə arasında münasibətlərin sabit xarakterinin qorunub saxlanması ssenarisinə əməl edildikdə belə, Putin üçün bu qədər yaxın həmfikirlər olmayacaqlar.

Sistem

Ötən 16 ildə əslində az şey dəyişib. Vladimir Putin və hakimiyyət sükanını öz atasından qəbul etmiş İlham Əliyev bu gün də öz ölkələrində hakimiyyət korporasiyası üçün oriyentirlərdir. Əlbəttə, bu oriyentirlərin effektivliyi bürokratik sistemlərin korrupsiyadan başlamış sistemi parçalayan digər meyillərə qədər müxtəlif patologiyalara müqavimət göstərmək qabiliyyətindən asılıdır. Azərbaycan ilə Rusiyanın münasibətlərində liberal Qərb layihəsinin kənar təzyiqi problemi də var, bu layihəyə güclü rəqiblər lazım deyil. Lakin son onillikdə hədsiz güclənmiş "yanar Cənub” problemi də var – Qərbin fasiləsiz ekspansiyasından irəli gələn islamçı reaksiyanın doğurduğu hərc-mərclik. Elitanın bu şəraitdə davam gətirməsi üçün cəmiyyət tərəfindən dəstəklənən mənəvi səfərbərlik tələb olunur.

Əlbəttə, "soyuq müharibə” illərində Sovet-Amerika qarşıdurması dövründə olduğu kimi sanksiyaların cavabında Qərb dünyası ilə ticari-iqtisadi əlaqələri azaltmaq, texniki modernləşmə təcrübəsi kanallarını bağlamaq ağlabatan deyil. Qərb layihəsinin bu baxımdan dəyərli olması şəksizdir. Vaxtilə Yuri Andropov da bunu deyirdi. Sadəcə, indi biz hansı Qərblə münasibətdə olduğumuzu daha dəqiq anlayırıq. "Qüruba gedən Avropa”nın mənəvi-əxlaqi relyativizm marşrutu ilə ənənəvi, mahiyyət etibarilə mühafizəkar dəyərlərin ziyanına, ailənin və dövlətin maraqlarının ziyanına olaraq şəxsi və siyasi azadlıqların maksimallaşdırılması kimi naməlum və təhlükəli məkana yuvarlandığını görürük.

Bu fonda Rusiya ilə Azərbaycanın həmrəyliyinin açıq-aydın güclənməsi universal sosial-texniki modernləşmə prinsipləri ilə mənəviyyat, ailə dəyərlərinin, sosial mütəşəkkilliyin daha dürüst şaquli üsulu kimi dövlətə hörmətin sintezi kimi başa düşülən yeni "alternativ Qərb” layihəsi orbitin mərkəzinə çevrilir.

Bu yeni layihə genişləndikcə Avratlantik dünyanın həm bizim ölkələrə, həm də Böyük Avropa – Avrasiya inteqrasiya layihələrinin siyasi-iqtisadi və ideya qovuşuğunda olan digər dövlətlərə münasibətdə mövqeyi daha da sərtləşəcək.

"Qoşulmama hərəkatı”nın iştirakçısı olan Azərbaycan formal baxımdan bu birliyin baxışlarının tərəfdarıdır. Bakı praktiki olaraq, dinamik çoxvektorluluğa riayət edir, lazım gəldikdə bu və ya digər istiqamətin üstünlüklərindən öz xeyrinə istifadə edir, böyük dövlətlərlə kəskin münaqişələrə qoşulmamağa çalışır. Bu, Heydər Əliyevin xarici siyasət irsinin aspektlərindən biridir.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulmadan inteqrasiya birliyinin ən sıx müttəfiqi olub. Əslində Bakı postsovet dövlətləri arasında Astana və Minsk üçün Rusiyadan sonra əsas tərəfdaşdır. İlk baxışda "eyni bazarlar”a neft və qaz ixracı məsələsində Rusiya ilə fərqli mövqelər tutan neft-qaz konsernləri – Azərbaycanın SOCAR və Rusiyanın "Qazprom”, "Rosneft” və "Lukoyl” səmərəli birgə layihələrdə ümumi təmas nöqtələri tapırlar. Bir sıra başqa məsələlərdə də buna oxşar "həmrəy məqsədlər” görmək mümkündür. Bu başqa məsələdir ki, həmin həmrəylik heç də həmişə aşkar və ya kütləvi şəkildə afişa edilmir.

Əlbəttə, Rusiya ilə Azərbaycanın ölçüləri, yumşaq desək, müqayisə edilə bilməz. Beynəlxalq məsələlərin gündəliyində ciddi fərqlər var. Sahəvi və korporativ maraqlar fərqlidir, Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar fikir ayrılıqları mövcuddur. Lakin Moskvanın və Bakının baxışlarında fərqli və ortaq cəhətlərin balansı ümumi vektorun maraqlı mozaikasını yaradır. Bizim – Rusiyada və Azərbaycanda yaşayan insanların həqiqətən bəxtimiz gətirib ki, bizim müasirlərimiz Heydər Əliyev və Vladimir Putin bunu edə biliblər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video