12 Dekabr 2018 17:22
243
İQTİSADİYYAT
A- A+

2019-cu ildə Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Türkiyə paytaxtlarını birləşdirəcək


Amerikanın nüfuzlu CNN telekanalı Bakı – Tbilisi - Qars dəmir yolunu səyahətlər haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmir yol marşrutlarının siyahısına daxil edib.

AZƏRTAC xəbər verir ki, CNN saytında dərc olunmuş məqalədə deyilir: "Bu il dəmir yol səyahətləri həvəskarları üçün xoşagələn olub. Yeni sürətli marşrutlar iri şəhərləri əlaqələndirir, yola sərf edilən vaxtı azaldır. Səyahətçilərin uçuşa alternativ axtarmalarından, yoxsa sadəcə qatarda daha sürətlə getmək istəmələrindən asılı olmayaraq, bu marşrutlar səyahətlər üçün yeni imkanlar təklif edir”.

Məlumat üçün xatırladaq ki, 2017-ci ildə açılmış Bakı – Tbilisi - Qars (BTQ) dəmir yolunun uzunluğu 513 milə (826 kilometr) bərabərdir. Azərbaycanın və Gürcüstanın paytaxtlarını Türkiyənin qədim Qars şəhəri ilə birləşdirən bu yol 2019-cu ildə yeni marşrut təqdim edəcək. Bu marşrutla sərnişinlər Bakıdan Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edə biləcəklər.

Magistralda istifadə olunmaq üçün vaqonlar istehsal edən İsveçrə şirkətinin məlumatına görə, bu yolda qatarların maksimum hərəkət sürəti saatda 100 mil (160 kilometr) olacaq.

Hazırda sərnişinlər Azərbaycan və Türkiyə paytaxtları arasındakı yolu qət etmək üçün bir neçə dəfə minik dəyişməklə 40 saat vaxt sərf etməli olur.

Qeyd edək ki, Bakı – Tbilisi - Qars ilə yanası, Quançjou – Şençjen - Honkonq, Təl-Əviv - Yerusəlim, Tanjer - Kasablanka və "Eurostar” London - Amsterdam marşrutları da yeni dəmir yol marşrutlarının siyahısına daxil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video