12 Dekabr 2018 00:30
736
CƏMİYYƏT
A- A+

Beynəlxalq münasibətlər və gələcək naminə dialoq zərurətə çevrilib


Xarici ölkə səfirlərinin iştirakı ilə Bakı Slavyan Universitetində keçirilən "dəyirmi masa”da bu vacib məsələ diqqət mərkəzində saxlanılıb


Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə "Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda "dəyirmi masa” keçirilib. Avstriya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Aleksandr Bayerl, Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müşaviri Mixail Aleksandroviç, Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, səfirliyin birinci katibi Georgi Selski, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Viktoroviç Barkov, Polşa Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Artur Taraseviç, Azərbaycanın bir çox rəsmi dövlət strukturlarının rəhbərləri və universitetin tələbə-müəllim heyətinin iştirak etdikləri tədbirin moderatoru Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos D.Kanellos olub. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva "dəyirmi masa”nı açaraq, rəhbəri olduğu elm müəssisəsinin slavyan ölkələri, o cümlədən Yunanıstan Respublikası və Türkiyə Cümhuriyyəti ilə sıx əlaqələrindən danışıb. Rektor BSU-nun tarixinə, keçdiyi inkişaf yoluna nəzər salaraq bu ali təhsil ocağının ulu öndər Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə ərsəyə gəldiyini vurğulayıb. Professor hər bir ölkənin və cəmiyyətin tərəqqisinin, inkişafının təhsilin səviyyəsi ilə bağlı olduğunu bildirib. O, bugünkü Azərbaycan gəncliyinin beynəlxalq aləmə inteqrasiya olunmasından, müxtəlif layihələr vasitəsilə onların müasir dünyaya çıxış imkanı əldə etməsindən söz açıb. BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri vasitəsilə tələbələrin slavyan ölkələrinin mədəniyyəti, tarixi, etnoqrafiyası, siyasi-iqtisadi vəziyyəti ilə yaxından tanış olduqlarını qeyd edib.

"Dəyirmi masa”da xüsusi olaraq o da vurğulanıb ki, bu cür elmi xarakterli tədbirlərin əhəmiyyəti çox böyükdür. Çünki respublikamızda keçirilən müxtəlif beynəlxalq tədbirlər Azərbaycanın dünyada güclü mövqeyə malik olmasının göstəricidir. Bu, eyni zamanda dünyaya bütün istiqamətlərdə olduğu kimi, elm və təhsil sahəsinin də inteqrasiyası sayılır. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşdirilməsi yolunda atılan mühüm addımlar və vacib məsələlərdir.

Azərbaycanın dünyada mövqeyinin ildən-ilə möhkəmləndirildiyinə diqqət çəkən professor xatırladıb ki, artıq bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrilən ölkəmizin paytaxtı yalnız əsrlərin və mədəniyyətlərin qovuşuğu deyil, həm də bir sıra beynəlxalq humanitar forumların keçirildiyi məkan kimi də tanınır: "Ölkəmizin paytaxtı artıq neçə ildir ki, humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, beynəlxalq səviyyəli çağırışlar da həyata keçirir, sivilizasiyalar arasında körpü rolu oynayır, nəzəri və praktiki bilik mübadiləsini həyata keçirmək məqsədilə konstruktiv debatlara evsahibliyi edir. Beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrı-ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlər buradan səsləndirilir və dünyaya yayımlanır. İndiyədək keçirilən bir sıra beynəlxalq forumlar və digər tədbirlər bəşəriyyət qarşısında təhsilin və elmin insan kapitalının inkişafına istiqamətləndirilməsini, innovasiyaların iqtisadiyyatın yeni mənbəyinə çevrilməsini, cəmiyyətdə sabitliyin bərqərar olması üçün multikulturalizm siyasətinin həyat tərzi kimi gerçəkləşdirilməsini, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini prinsipial məsələ olaraq irəli sürmüşdür.

Rektor Azərbaycanın multikultural ölkə olduğunu, multikulturalizm siyasətinin dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini və bu ideyanın bütün ali məktəblərdə gənclərə aşılandığını, ölkə rəhbərinin "Multikulturalizm Azərbaycanda həyat tərzidir” tezisinin tədrisin bütün mərhələlərində özünü doğrultduğunu qeyd edib. Bildirilib ki, Azərbaycandakı xarici ölkə səfirlərini maraqlandıran əsas məsələlərdən biri də təhsil sahəsinin inkişafıdır.

Professor çıxışında səfirlik rəhbərlərini və nümayəndələrini universiteti müvafiq ixtisas üzrə bitirən gənclərimizin işlə təminatında dəstək olmağa çağırıb.

Daha sonra təhsil və müasir dünya, beynəlxalq layihələr və s. mövzularda müzakirələr aparan diplomatlar bu sahədə əməkdaşlığın vacibliyini bildirib və öz töhfələrini verməyə hazır olduqlarını qeyd ediblər.

Tədbirin sonunda Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos D.Kanellos beynəlxalq konfransa evsahibliyi etdiyinə və yüksək səviyyəli təşkilatçılığa görə BSU rəhbərliyinə minnətdarlığını bildirib. Səfir konfransın gündəmin aktual məsələlərindən birinə həsr olunduğunu diqqətə çatdıraraq "dəyirmi masa”nın Azərbaycanın digər ölkələrlə humanitar sahədə əməkdaşlığına yeni töhfələr verəcəyinə əmin olduğunu ifadə edib.

Sonra diplomatlarla gənclər arasında təhsilin müxtəlif problemləri ilə bağlı diskussiya və fikir mübadiləsi aparılıb.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video