11 Dekabr 2018 18:27
773
Elm və texnika
A- A+

UNEC-də Ümummilli Liderin xatirəsi anılıb



Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki, Ümummilli Lider yalnız dahi siyasətçi yox, həm də müdrik iqtisadçı kimi yaddaşlarda qalıb. Rektor bildirib ki, sovet dövründə milli iqtisadiyyatın strukturunun formalaşdırılması, milli gəlirin bölüşdürülməsi zamanı Azərbaycanın maraqlarının əsas tutulması, ölkədə olduqca əhəmiyyətli sənaye müəssisələrinin yaradılması və fəaliyyətinin təmin edilməsi uğrunda apardığı mübarizə Heydər Əliyevin Azərbaycanın gələcəyini düşündüyünü göstərir.

Qeyd olunub ki, dahi rəhbər Heydər Əliyev Azərbaycanın gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb edən insan kapitalının formalaşdırılması məsələsinə böyük diqqət yetirib. Ümummilli Liderin dəstəyi ilə həmin dövrlərdə təhsil almış minlərlə gənc indi də Azərbaycan naminə çalışır. Dahi şəxsiyyətin səyləri, Azərbaycanın gələcəyi üçün gördüyü işlər onu deməyə əsas verir ki, o, ölkəmizin müstəqilliyə qovuşacağına inanırdı.

Bildirilib ki, ulu öndər Heydər Əliyev həm də dəyərli bir ailə başçısı olub. Onun siyasətini davam etdirən Prezident İlham Əliyevin ölkəmizin daha da inkişafı, rifahı və çiçəklənməsi üçün göstərdiyi səylər hər kəsi öz işinə daha böyük inamla yanaşmağa ruhlandırır.

Sonra dahi şəxsiyyətə həsr edilmiş videoçarx nümayiş olunub.

Tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi tarixi faktlarla” mövzusunda məruzə ilə çıxış edərək Ulu Öndərin zəngin fəaliyyəti barədə məlumat verib. "SABAH” mərkəzinin tələbəsi Jalə Rzayeva qüdrətli Azərbaycan şairi Zəlimxan Yaqubun "Əsrin Heydər tarixi” poemasını səsləndirib.

"Heydər Əliyev – dünya şöhrətli siyasi lider” mövzusunda məruzə ilə çıxış edən siyasi elmlər namizədi Leyli Həmidova Ümummilli Liderin təkcə postsovet məkanında deyil, həmçinin bütün dünyada tanınmış şəxsiyyət olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video