11 Dekabr 2018 18:23
440
İQTİSADİYYAT
A- A+

Azərbaycanın 6 rayonunda milli su təchizatı layihəsinin icrası barədə müzakirə aparılıb


"Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrası və perspektiv işlər haqqında müzakirələr aparılıb.

"Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 11-də "Azərsu” ASC-də İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov İslam İnkişaf Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib.

Səhmdar Cəmiyyətin sədri "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, layihələrin əhatə etdiyi şəhərlərdə yeni infrastrukturların yaradılması əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına töhfə verib.

İslam İnkişaf Bankının Türkiyə regional mərkəzinin direktoru Saleh Celassi "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrasından razılığını bildirib. Qeyd edib ki, layihələrin icrasının tam başa çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcək.

Görüşdə "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi”nin icrası və perspektiv işlər haqqında ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Tərtər və Gədəbəy şəhərlərində su və kanalizasiya, Astara şəhərində isə su şəbəkələrinin tikintisi yekunlaşıb. Hazırda Daşkəsən şəhərində layihənin icrası davam etdirilir. Qazax şəhərində isə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsinin icrasına 2019-cu ilin əvvəlində başlanılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video