11 Dekabr 2018 13:20
415
İQTİSADİYYAT
A- A+

“Azexport” portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport” portalı vasitəsi ilə Rusiyaya 60 ton qoyun yunu ixrac olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ixracı Zaqatala sakini sahibkar Əlihüseyn Şirinli həyata keçirib. Rəsmi rəqəmlər göstərir ki, son 10 ildə Azərbaycandan Rusiyaya yun ixrac edilməyib.

l qrup əlil olan Ə.Şirinli ona uğur qazandıran "Azexport.az” portalı ilə əməkdaşlığı cari ilin avqust ayında başlayıb. Bu müddət ərzində ona potensial sifarişlər, ixrac bazarında mövcud texniki baryerlər və Azərbaycanda bütün ixrac prosedurları ilə bağlı məlumat verilib. İlk partiya məhsulunu Rusiyaya göndərən Ə.Şirinli portalla əməkdaşlığını davam etdirəcəyini və ixracın həcmini daha da artıracağını bildirib. Onun sözlərinə görə, ixracdan əldə etdiyi gəlirlə mövcud istehsal sahəsini genişləndirəcək və yeni iş yerləri yaradacaq.

Qeyd edək ki, son illər Azərbaycan Respublikasında yun istehsalı artsa da, onun ixracı ilə bağlı müəyyən problemlər qalmaqdadır. "Azexport.az” portalı isə bu ixrac prosesi ilə ölkəmizdən qoyun yunu ixracının həm həcminin artmasına, həm də ixrac coğrafiyasının genişlənməsinə töhfə verir.

"Azexport” portalının rəhbəri Zaur Qardaşov da əlavə edir ki, ixraca və ümumilikdə biznesə ölkəmizdə yaradılan şərait bu gün imkan verir ki, istək, niyyət və işgüzarlıq varsa hər kəs, hətta fiziki məhdudiyyətli insanlar da özünə yüksək gəlir mənbəyi təmin edə bilər. Yəni "Azexport” portalı hər kəs üçün bərabər imkanlar yaradır. Bundan başqa "Azexport” bir rəqəmsal platforma olaraq, sahibkarlara xarici bazara çıxmaqla yanaşı, ixrac icazələrinin alınması, logistika, marketinq və digər məsələlərdə dəstək olur. "İri biznesin bazara çıxması elə də çətin deyil, əsas kiçik və orta sahibkarların xarici bazara çıxışını təmin etməkdir ki, bu məsələ bu gün "Azexport”un fəaliyyətinin əsas istiqamətlərindən biridir”, - deyə Zaur Qardaşov bildirib.

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport.az” portalı Azərbaycan Respublikası Prezidentinin 2016–ci il 21 sentyabr tarixli "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması” haqqında Sərəncamına əsasən yaradılıb. Portal sahibkarlara ölkəmizdə istehsal olunan malların beynəlxalq elektron ticarət platformaları vasitəsi ilə ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını təqdim edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video