11 Dekabr 2018 13:14
155
SİYASƏT
A- A+

Polkovnik Eray Guçlüer: Paşinyanın Türkiyə ilə əlaqələr qurmaq barədə dedikləri təcavüzkar dövlətin əsl xislətini əks etdirir


Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın ölkəsində keçirilmiş seçkilərdən sonra "Türkiyə ilə heç bir ilkin şərt olmadan əlaqələr qurmağa hazırıq” fikrini səsləndirməsi təcavüzkar dövlətin əsl xislətini əks etdirir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində türkiyəli hərbi ekspert, sosial elmlər üzrə doktor, ehtiyatda olan polkovnik Eray Guçlüer deyib.

Azərbaycanın işğal altında saxlanılan torpaqlarının qeyd-şərtsiz azad olunmayınca, eləcə də Türkiyəyə qarşı əsassız iddiaların aradan götürlməyənədək Ermənistanla heç bir münasibətin qurula bilməyəcəyini diqqətə çatdıran polkovnik deyib: "Paşinyanın dedikləri bu vaxta qədər Ermənistana rəhbərlik edən cinayətkar rejimin təmsilçilərinin illərdən bəri düşüncələrində gəzdirdiyi xəstə xülyanın davamıdır. Ermənistanın keçmiş rəhbərliyi ilə indiki hakimiyyət arasındakı qalmaqalın əsasını kürsü davası təşkil edir. Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik münasibətində isə onların xəstə düşüncəsində heç bir fərq yoxdur”.

Ehtiyatda olan polkovnik Eray Guçlüer vurğulayıb ki, işğalçı Ermənistan Türkiyə və Azərbaycan ilə əlaqələr qurmaq, o cümlədən sülhsevər dünya ictimaiyyətinin sağlam bir tərkib hissəsi olmaq istəyirsə, ilk növbədə, Xocalı soyqırımını tanımalı və bu bəşəri cinayəti törədənlərin beynəlxalq məhkəmələrə cəlb olunmasını təmin etməlidir. Bu isə şərt deyil. Müasir dünyanın, beynəlxalq hüququn tələbidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video