11 Dekabr 2018 13:06
696
Elm və texnika
A- A+

AMEA-nın Şərqşünaslıq İnstitutunun 60 illik yubileyi qeyd olunub


Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə görkəmli dövlət və elm xadimləri, ictimai və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.

Əvvəlcə Şərqşünaslıq İnstitutunda görkəmli alim, akademik Ziya Bünyadovun barelyefinin açılışı olub. Sonra tədbir iştirakçıları görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsinə həsr edilmiş stendlə tanış olublar. İştirakçılar, həmçinin Şərqşünaslıq İnstitutunun elmi nailiyyətlərinə həsr olunmuş sərgiyə baxıblar.

Açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu elm ocağının fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən bəhs edib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında Şərqşünasliq İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib.

Sonra Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın "60 illik şərəfli yol” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə bu elm ocağının fəaliyyət göstərdiyi müddətdə Şərq ölkələrinin dili, tarixi, dini-fəlsəfi irsinin tədqiqi, mədəniyyəti, sosial-ictimai durumu ilə bağlı araşdırmalardan, əldə olunan uğurlardan danışılıb. Həmçinin institutda çalışmış görkəmli şərqşünas alimlərin həyat yolu, onların yaradıcılığı barədə məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video