10 Dekabr 2018 20:30
289
CƏMİYYƏT
A- A+

Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub


Heydər Əliyev Mərkəzində erkən dəmir dövrünə aid bəzək əşyalarının təqdimatı olub. Eksponatlar Mərkəzdəki "Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bəzək əşyaları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax bölgəsində apardığı arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində 52 ədəd qızıl məmulatı – yüksək ustalıqla hazırlanmış bir cüt sırğa, üzük, yarpaqşəkilli və boruşəkilli muncuqlar, asma bəzək əşyaları tapılıb.

Tapıntılar Azərbaycanın qədim tarixində mühüm bir mərhələni təşkil etmiş Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin son mərhələsinə aiddir.

Həmin mərhələ arxeoloji dövrləşmədə (eradan əvvəl II minilliyin ikinci yarısı – I minilliyin əvvəlləri) son tunc - erkən dəmir dövrü adlandırılır.

Bu bəzək əşyaları sayına və rəngarəngliyinə görə Azərbaycanın qədim tarixinə aid aşkar edilmiş qızıldan olan ən zəngin tapıntılardır.

Təqdimat zamanı çıxış edən Heydər Əliyev Mərkəzinin departament direktoru Məhəbbət Mehdiyeva bildirib ki, Mərkəz fəaliyyətə başladığı ilk gündən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrinin, irsinin araşdırılması, gənc nəsil arasında yaşadılması ilə yanaşı, mədəniyyət və incəsənətimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirib. Ziyarətçilərin ən çox üz tutduğu ekspozisiyalar sırasında olan "Azərbaycan inciləri: tarixin axarında” sərgisində nümayiş etdiriləcək bu eksponatlar vasitəsilə qonaqlara tariximiz barədə yeni məlumat çatdırılmış olacaq.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova qeyd edib ki, instituta dövlət səviyyəsində göstərilən böyük diqqət sayəsində arxeoloji tədqiqatlar daha da genişlənir. O deyib: "Bu gün arxeoloji ekspedisiyalar nəticəsində yüzlərlə tarixi abidələr, maddi-mənəvi dəyərlər üzə çıxır. Bu tapıntılar bir daha Azərbaycanın ən qədim insan məskənlərindən, sivilizasiya mərkəzlərindən olduğunu göstərir”.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli bildirib ki, hazırda təqdimatı keçirilən bu arxeoloji tapıntılar hələ eramızdan əvvəl, 3000-2700 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir və bu zinət əşyaları həmin dövrün araşdırılması baxımından yüksək tarixi dəyərə malikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video