10 Dekabr 2018 18:10
320
SİYASƏT
A- A+

“Komsomolskaya pravda” Ermənistanda hökm sürən yoxsulluqdan yazır


Ermənistan qəfil hakimiyyət çevrilişindən sonra necə yaşayır? Bu ölkə "ərik inqilabı”ndan sonra xoşbəxtdirmi?

AZƏRTAC xəbər verir ki, "Komsomolskaya pravda” qəzetinin müxbiri Aleksey İvanov bu suallara cavab tapmaq üçün növbədənkənar parlament seçkiləri ərəfəsində Ermənistanda olub.

Jurnalist elə ilk təəssüratını təyyarənin illüminatorundan görünən mənzərəni təsvir etməklə bölüşür: "Dərhal görünür ki, Ermənistanda neft yoxdur”. Təyyarədə yan oturacaqda əyləşən qadın illüminatordan qaranlıq və dumana bürünmüş Yerevana baxıb belə dedi. Həqiqətən işıqları sayrışan Moskva ilə təzad dərhal gözə çarpır. "Zvartnots” ("Gələcək mələklər məbədi”) aeroportuna xoş gəlmisiniz” elanı səslənir. Aeroporta ad verməyi bacarırlar da...”.

Jurnalist Yerevanın qaranlıq küçələri ilə şütüyən taksinin sürücüsü ilə söhbət edir. Məlum olur ki, şəhərin yalnız mərkəzi rayonunda küçələr işıqlandırılır. Müxbir yazır: "Sürücünün "İşıq istəyirsiniz? Onda Razdan ovalığına enin. Buranı "erməni Las-Veqası” adlandırırlar” sözləri mənə inandırıcı görünmədi. Hər şey çox sadədir: Ermənistanda neft yoxdur, ancaq yoxsulluq var”.

Yazıda qeyd edilir ki, dənizə çıxışı olmayan Ermənistanın tərəfdaşı olan Rusiyaya yolu Gürcüstandan, özü də tanınmamış Cənubi Osetiya və tanınmamış Abxaziyadan keçir. Ölkə ərazisinin böyük hissəsi daş-kəsəkdir.

Müəllifin erməni həmkarı Aşot Qareginyan ilə söhbətindən məlum olur ki, Nikol Paşinyan 2006-cı ildə siyasətə gələndən keçmiş prezident Robert Koçaryana qarşı mübarizə aparıb: "Etirazlar, qalmaqallar, dava-dalaş. Paşinyan həmişə belə olub”, - belə deyir erməni jurnalist.

A.İvanov yazır ki, Paşinyan hakimiyyətə gələn kimi vaxtilə kütləvi qanunsuz etirazların təşkilinə görə onu həbs etmiş Robert Koçaryana və Yerevan hərbi qarnizonunun keçmiş rəhbəri Yuri Xaçaturyana qarşı cinayət işi qaldırılıb. Koçaryanın konstitusiya immunitetinə malik olması, Xaçaturyanın isə KTMT-nin baş katibi olması heç Paşinyanın vecinə də deyil.

Erməni jurnalist Aşot Qareginyan deyir ki, əslində peşmançılıq gündən-günə artır. İnsanlar görürlər ki, problemlər necə var idi, elə də qalıb. Əvvəllər Paşinyana olan inamdan əsər-əlamət belə qalmayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video