10 Dekabr 2018 17:30
496
CƏMİYYƏT
A- A+

Sağlamlıq turizminə dair beynəlxalq təcrübənin və yeni yanaşmaların öyrənilməsi vacibdir


Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun təşkilatçılığı ilə "Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı öz işinə başlayıb.

FonddanAZƏRTAC-a bildirilib ki, konfrans Elmin İnkişafı Fondu ilə Gənclər və İdman Nazirliyinin birgə reallaşdırdığı gənc alim və mütəxəssislərin 4-cü xüsusi "Mənim ilk qrantım” müsabiqəsi çərçivəsində təşkil olunub.

Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanla yanaşı, 5 ölkənin (İran, Ukrayna, Gürcüstan, Türkiyə və Belarus) gənc mütəxəssisləri iştirak edirlər. Konfransın keçirilməsində məqsəd sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək üçün uyğun platforma təqdim etməkdir.

Tədbirin açılışında çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, fond tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. E.Babayev vurğulayıb ki, bütün dünyada sağlamlıq turizminə maraq ildən-ilə artır. Azərbaycanın bu sahədə böyük potensialının olduğunu deyən icraçı direktor qeyd edib ki, sağlamlıq turizminə dair beynəlxalq təcrübənin və yeni yanaşmaların öyrənilməsi vacibdir. Dünya təcrübəsi ilə yanaşı, yerli özəlliklər də nəzərə alınmalıdır. E.Babayev sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimlərin təcrübə mübadiləsinin faydalı olacağına əminliyini bildirib.

Konfransda, həmçinin Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Gənclər və İdman Nazirliyinin elm və təhsil şöbəsinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, "Abşeron Otel Qrup”un gəlirlər və biznesin idarə edilməsi üzrə qrup direktoru Bahar Qəniyeva, layihə rəhbəri, "Gənclər Turizmi” İctimai Birliyinin sədri Ülviyyə Qəhrəmanlı, Azərbaycan Turizm və Menecment Universitetinin turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Türkiyənin "SALUSS” Sağlamlıq Turizmi Assosiasiyasından Selahittin Ay, "Millennium Tourism” şirkətinin baş icraçı direktoru və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev çıxış ediblər.

Beynəlxalq tədbirdə "Sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında aparıcı istiqamət kimi”, "Dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar”, "Sağlamlıq turizmində xəstəxana və mərkəzlərin rolu”, "Tibbi və sağlamlıq turizmi üçün təyinatlar”, "Sağlamlıq turizmində marketinq strategiyaları: uğur hekayələri”, "Sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları”, "Qonaqpərvərlik sənayesində sağlamlıq və müalicə turizminin əhəmiyyəti” mövzularında məruzələr dinləniləcək.

Dekabrın 12-dək davam edəcək konfrans çərçıvəsində gənc alimlər Naftalanda təcrübə keçəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video