10 Dekabr 2018 14:58
517
CƏMİYYƏT
A- A+

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıda sərgi açılıb


Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi İnsan Hüquqları Günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Bakıdakı Muzey Mərkəzində sərgi təşkil edib.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai 70 il əvvəl qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi haqqında danışıb. Bildirilib ki, bəyannamədə öz əksini tapan prinsiplər 1948-ci ildəki aktuallığını bu gün də qoruyub saxlayır. Prinsiplər bizi öz hüquqlarımızı, eləcə də digər insanların hüquqlarını müdafiə etməyə, həmçinin bizi qoruyan hüquqları bilməyə çağırır. Eyni zamanda, bu sənədin qəbulu ilə dilindən, dinindən, cinsiyyətindən asılı olmayaraq hər kəsin azad hüquqlara malik olduğu bəyan edilib.

Qulam İshaqzai söyləyib ki, bu bəyannamə 500-dən çox dilə tərcümə edilib. O, bəyannamənin inqilabi təsirə malik olduğunu vurğulayaraq qeyd edib ki, sənəd siyasi, mülki, sosial, iqtisadi sahələrdə insan hüquqlarının formalaşmasında bir baza rolunu oynayır. Bəyannamə bununla bağlı siyasətin, konstitusiyaların formalaşmasında əsas olub, beynəlxalq insan hüquqları üçün təməl yaradıb.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, bəyannamənin prinsipləri sonralar digər sənədlərdə, konstitusiyalarda, konvensiyalarda öz əksini tapıb. Sənəddən sonra iki pakt da qəbul olunub ki, burada da insan hüquqları sahəsində bütün istiqamətlər öz əksini tapıb.

Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, insan hüquqlarının təmini üçün səylərimizi birləşdirməliyik, yorulmadan hədəfə doğru getməliyik. Çünki yolun sonunda insan və onun hüquqları dayanır. Nə qədər bəşəriyyət var, insan hüquqları olacaq və biz də bu hüquqlara öz töhfəmizi verməliyik.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, insan hüquqları sahəsində bərabərliyin təmin edilməsi çox önəmlidir. O, Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu vurğulayıb.

Üç gün davam edəcək sərgidə dünyanın hər yerindən olan karikaturaçı rəssamların bəyannamənin 30 maddəsinə həsr etdikləri əsərlər və 40 tanınmış qrafik dizaynerin insan hüquqlarına dair təxəyyüllərinin təsvir olunduğu və hər kəsi insan hüquqlarının müdafiəsinə çağıran posterlər nümayiş olunacaq. Bununla yanaşı, ziyarətçilər BMT agentliklərinin dərc etdiyi müxtəlif nəşr və tədris materialları ilə tanış ola və onları əldə edə biləcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video