10 Dekabr 2018 13:30
292
DÜNYA
A- A+

Ermənistanda seçki bülletenləri zibil qutularına atılıb


Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri əhalinin yeni hakimiyyətin vədlərinə biganə münasibəti və çoxlu sayda qanun pozuntuları ilə yadda qaldı. Ölkənin İstintaq Komissiyasına daxil olan şikayətlərlə yanaşı, ermənilər sosial şəbəkələrdə də Paşinyan və digər siyasətçilərin boş vədlərinə inamsızlıq əks etdirən bloq yazıları və statuslar paylaşıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, "Facebook” sosial şəbəkəsində yazılan statuslarda seçki bülletenlərinin Milli Uşaq Kitabxanasının həyətindəki zibil qutusuna atılmasını göstərən fotoşəkillər paylaşılıb. Jurnalist Asmik Ambartsumyanın da səhifəsində Yerevanın digər yerlərindəki küçələrə, yol kənarlarına atılmış bülletenlərlə bağlı faktlar göstərilib. Onun statusunda qeyd olunub: "Seçkilər ərəfəsində 30 milyon ədəd bülleten çap olunub, 50 ton kağızdan istifadə edilib və buna 7 milyon dram pul xərclənib. Yeganə təsəllimiz odur ki, bu vəsaiti xarici donorlar ayırıb”.

KİV-lərin yazdığına görə, ermənilərin sosial şəbəkələrdə paylaşdığı statuslar göstərir ki, əhalinin böyük bir hissəsi, xüsusən gənclər nə keçmiş iqtidarın nümayəndələrinin, nə də yeni hökumətin ölkədəki ağır sosial-iqtisadi problemlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olacağına inanmır. Məhz bu səbəbdən əhalinin cəmi 46,86 faizi seçkilərdə iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video