09 Dekabr 2018 22:03
816
İDMAN
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turuna yekun vurulub


Dekabrın 9-da Azərbaycan Premyer Liqasının 14-cü turun yekun vurulub. Günün son iki oyunu heç-heçə başa çatıb.

AZƏRTAC xəbər verir ki, "Bayıl Arena"da "Səbail” komandası "Qəbələ” kollektivini sınağa çəkib. Gərgin idman mübarizəsində keçən matçda tərəflər bir xalla kifayətləniblər – 0:0.

Turun son matçı olan "Neftçi” – "Sumqayıt” matçında da azarkeşlər qol görə bilməyiblər – 0:0.

Qeyd edək ki, qız fasiləsinə yollanan komandaların turnir cədvəlinə 33 xalla "Neftçi” başçılıq edir. Aktivlərində 30 xalı olan Ağdamın "Qarabağ” komandası ikinci, 19 xal olan "Səbail” isə üçüncü pillədə qərarlaşıblar. Hərəyə 17 xal toplayan "Qəbələ” və "Sabah" dördüncü və beşinci yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt” (15), "Keşlə” (12) və "Zirə” (11) qərarlaşıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video