Alternative content

11:41 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Topaz Premyer Liqası: “Keşlə” səfərdə “Sabah”ı məğlubiyyətə uğradıb
Topaz Premyer Liqası: “Keşlə” səfərdə “Sabah”ı məğlubiyyətə uğradıb
ANA SƏHİFƏ / İDMAN
18:43 09.12.2018

Dekabrın 9-da Azərbaycan Premyer Liqasının 14-cu turuna "Sabah" - "Keşlə" oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, "Əlincə Arena”da keçirilən matç 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Qarşılaşmada hesabı "Keşlə” futbolçuları açıblar. Matçın 34-cu dəqiqəsində Sərdar Taşkın adını tabloya yazdırıb - 0:1. Fasilədən sonra Tərlan Əhmədovun yetirmələri hesab arasındakı fərqi iki topa çatdırıblar. Altmış beşinci dəqiqədə Denis Silva cinah ötürməsini dəqiq tamamlayıb - 0:2. Qalan dəqiqələrdə isə "Sabah" klubunun gücü yalnız təsəlli qoluna çatıb. Debütantın heyətində 80-ci dəqiqədə Elşən Abdullayev fərqlənib - 1:2.

Hazırda "Sabah" 17 xalla 4-cü, "Keşlə" isə 12 xalla 7-ci pillələrdə qərarlaşıb.

Bu komandalar arasında ilk dövrədə keçirilmiş oyunda "Sabah” səfərdə minimal hesabla qalib gəlmişdi - 1:0.

Tura saat 19:30-da başlayacaq "Neftçi"-"Sumqayıt" matçı ilə yekun vurulacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM