Alternative content

00:33 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Elektron hökumət”: operativliyə, şəffaflığa və məmnunluğa keçid
“Elektron hökumət”: operativliyə, şəffaflığa və məmnunluğa keçid
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:23 09.12.2018


Müasir dünya düzənində dövlətin demokratik dəyərlərinin inkişafını özündə əks etdirən amillərdən biri "Elektron Hökumət”in (Government) qurulması və inkişaf etdirilməsidir. Bu, əslində dövlətlə vətəndaş arasında elə münasibətlər sistemidir ki, istənilən şəxs birbaşa dövlət qurumuna getmədən, növbə gözləmədən, bürokratik maneələrdə sıxılmadan, vaxt itirmədən internet resursları vasitəsi ilə müraciət edir və onun üçün zəruri sayılan məlumatları, arayışları sürətlə əldə edir.

Eyni zamanda bu sistemlə nəinki Azərbaycan vətəndaşlarına, həm də ölkə ərazisində yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də elektron xidmətlər göstərilir. Yaxşı yadımdadır ki, bir neçə il əvvəl Bakıda gecə dünyasını qəfildən dəyişən türk mühəndisinin cənazəsini cəmi 6 saatın ərzində vətəninə yola saldılar. Təsadüfdən elə eyni vaxtda dostum Andrey Redkin Almaniyada vəfat edən anasını Moskvaya gətirmək üçün sənəd hazırlayırdı və... O, anasını Moskvada torpağa tapşıran gün mərhumun artıq qırxı idi... Sözümün canı odur ki, Avropa dəyərləri heç də həmişə qüsursuz olmur. Orda da ciddi problemlərə rast gəlmək mümkündür. Bu baxımdan Azərbaycanda yaradılan "Elektron hökumət”i bürokratiyadan şəffaflığa açılan yol kimi qiymətləndirmək lazımdır.

Məhz bu "hökumət”də dövlət orqanlarına müraciət edən hər kəs özü ilə məmur arasındakı bürokratik ünsiyyət maneələrini asanlıqla dəf edir, münasibətlərini sadələşdirməklə yanaşı, həm də saflaşdıra bilir. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi vətəndaş məmnunluğunun artmasına səbəb olur. Ölkəmizdə "Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Prezidentin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli fərmanı və digər normativ hüquqi aktlarla "Elektron Hökumət”in fəaliyyəti üçün hüquqi baza yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron Hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx əlaqə saxlayır və müvafiq infrastruktur yaradır. Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmış, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuş, "Elektron Hökumət” portalı istifadəyə verilmişdir.

Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi fəaliyyətin səviyyəsini yüksəltməklə yanaşı, onlardan istifadə imkanlarını da sadələşdirir. Eyni zamanda istifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxt minimuma endirilir. İstifadəçi ölkənin istənilən yerində təqdim edilən bütün elektron xidmətlərdən yararlana bilir.

Elektron xidmətləri göstərən təşkilatların siyahısına demək olar ki, əksər dövlət qurumlarının - nazirliklərin, komitələrin və digər təşkilatların adları daxil edilmişdir. Bu siyahını nəzərdən keçirəndə həqiqətən də ölkədə "Elektron hökumət”in yüksək səviyyədə yaradıldığının şahidi olursan.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 39, Mərkəzi Seçki Komissiyası 7, Vergilər Nazirliyi 65, Dövlət Gömrük Komitəsi 13, Ədliyyə Nazirliyi 24, Səhiyyə Nazirliyi 31, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 18, Dövlət Dəniz Administrasiyası 17, Kənd Təsərrüfatı Nazirliyi 22, Əmlak Məsələləri Dövlət Komitəsi 35, Dövlət Miqrasiya Xidməti 11 adda elektron xidməti göstərir.

Göründüyü kimi, xidmətlərin ən geniş siyahısı Vergilər Nazirliyinə məxsusdur. Bu sıraya "ASAN imza” istifadəçi İD-sinin dəyişdirilməsi, bəyannamələrin vergi orqanları tərəfindən hazırlanması və təsdiq edilmək üçün vergi ödəyicilərinə göndərilməsi, Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi”nin təqdim edilməsi, fiziki şəxsin vergi uçotundan çıxarılması, gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu, hazır sənəd barədə məlumatın verilməsi, vergi bəyannamələrinin (sadələşdirilmiş vergi bəyannaməsi istisna olmaqla), hesabat və vergi öhdəliyinin yaranmaması haqqında arayışların vergi orqanına "onlayn” təqdim edilməsi, "Vergi partnyorluğu Sazişi”nin bağlanılması üçün ərizələrin qəbulu kimi onlarca digər xidmət növləri daxildir. Yəni vətəndaş bu əməliyyatları həyata keçirmək üçün heç yerə getmir, vaxt itirmir, yalnız elektron müraciət etməklə problemlərini yoluna qoyur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 28 adda müxtəlif elektron xidmətləri həyata keçirir.

Bura ailə-kəndli təsərrüfatının onlayn uçota alınması, dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu, əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və s. xidmətlər daxildir.

Kənd Təsərrüfatı Nazirliyi isə 22 adda elektron xidmət göstərir. Bunlardan ən vacibləri "Aqrolizinq” ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikasına güzəştlərin tətbiq edilməsi barədə müraciətlərin qəbulu, bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu, bitki və bitkiçilik məhsullarının təkrar ixracına təkrar ixracat fitosanitar sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu və sairdir. Beləliklə, ölkənin aqrar sektorunda çalışan fermerlər də təsərrüfatlarında işlərini yarımçıq qoymadan problemlərinin həlli ilə məşğul ola bilir, vaxtlarına elektron müraciət hesabına qənaət edirlər.

Ən çox müraciət edilən sahələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi, ünvanlı sosial yardımla bağlıdır. Gömrük komitəsində malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu, gömrük rəsmiləşdirilməsi və rəsmiləşdirilmə prosesinin onlayn monitorinqi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində isə mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi, telefon nömrəsi üzrə axtarışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iş yerinə dair arayışların verilməsi ilə bağlı da çoxsaylı müraciətlər olur.

"Elektron hökumət”in təcrübəsi artdıqca göstərdiyi elektron xidmətlərin siyahısına yeniləri əlavə edilir. Artıq "Azərsu” ASC su nümunələrinin yoxlanılmasına dair müraciətləri qəbul edir, yeni istehlakçının qeydiyyata alınmasına baxır, Dövlət Gömrük Komitəsi vətəndaşlardan quruma daxil olan sorğu və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsini təmin edir, idxal-ixrac vergilərindən azadolma haqqında sertifikat almaq üçün müraciətlərə cavab verir. Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciəti, Kənd Təsərrüfatı Nazirliyi traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulunu da yeni xidmətlər siyahısına daxil etmişdir.

Bu gün ölkədə "Elektron hökumət” haqqında az danışılmasına baxmayaraq, onun bürokratik maneələrin qarşısının alınmasında və bütün nazirlikləri əhatə etməklə şəffaflığın təmin edilməsindəki rolu danılmazdır.

B.İMANQULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM