Rusiya Azərbaycanı seçir
Bunun yaxın və uzaq tarixə söykənən əsasları var
Azərbaycan müasir dünya düzənində bütün dövlətlərlə ikitərəfli qarşılıqlı münasibətlərin dinamik inkişafına səy göstərən, dostluğa, qardaşlığa söykənən və bütün əlaqələrin sülh məcrasına yönləndirilməsinə önəm verən ölkədir. Biz heç bir ölkəyə qarşı iqtisadi və hərbi üstünlüklərin əldə edilməsi naminə təzyiq göstərmirik, siyasi bloklara qoşulmuruq, iqtisadi sanksiyalar tətbiq etmirik. Hətta işğalçı Ermənistana da səbir və təmkinlə izah edirik ki, özünü məhkum etdiyi blokadanın çıxış yolu işğal altındakı torpaqların tərk edilməsindən keçir.
Azərbaycan diplomatik münasibətlər sistemində neytrallığını qoruyur, qonşuları arasında və beynəlxalq miqyasda sülhün vasitəçisi kimi çıxış edir, münasibətlərində gərginlik yaranan Rusiya və ABŞ kimi iki super dövlətin yüksək ranqlı hərbi məmurlarının ikitərəfli danışıqlarına neytral ölkə kimi evsahibliyi edir. Həmçinin Rusiya-Türkiyə münasibətlərinin ağır dönəmində barışdırıcı missiyanı boynuna götürərək diplomatik məharət tələb edən bu missiyanın öhdəsindən gəlib. Yaxın Şərqdə çoxlarının, o cümlədən erməni lobbisinin qızışdırmağa və hətta müharibəyə çevirməyə çalışdığı sərt qarşıdurmanın səngiməsində vacib rol oynayıb.
"Qədimliyi”, "dövlətçilik ənənələri”, "müdrikliyi”, hamıdan hər şeydə "birinci” olması ilə öyünən Ermənistan isə xarici siyasətində özünəməxsus "qucaq” və "qundaq” diplomatiyasına üstünlük verir. Yaşmaq vurub, abırlı gəlin kimi Rusiyaya üzdə sədaqət andı içsə də, gizlicə "altdan əlvan geyinib” Qərbdə "siyasi məşuqları” ilə şam işığında "gecə görüşləri”nə gedir. Rusiya-Türkiyə münasibətlərinin kritik məqamında çaldıqları müharibə havasında heç kimin oynamayacağını və quyruqlarının tapdandığını başa düşən ermənilər göz qırpımında "qucaq” diplomatiyasına keçir. ABŞ-la Türkiyə münasibətlərinin qəlizləşməsindən ildırım sürəti ilə yararlanan erməni diplomatiyası bütün supergüclərin məşuquna çevrilir.
Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqdakı işgüzar görüşə üzüağ, alnıaçıq getmişdir. Paşinyan isə yalan vədlər və cılız diplomatik hiylələrlə "sədaqət rəqsi” oynamağa gəlmişdir. Rusiya rəsmiləri etiraf edərlər ki, Azərbaycan-Rusiya münasibətləri bütün istiqamətlərdə - humanitar, siyasi, iqtisadi sahələrdə inkişaf edir və onları bir-bir sadalayıb qurtarmaq mümkün deyil. Diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edən iki ölkə arasında 170-dən çox sənəd imzalanmışdır. Bizim əlaqələrimiz xalqlarımızın çoxəsrlik dostluq ənənələrinə, qarşılıqlı hörmətə bağlıdır. Hər iki xalqı bir-birinə bağlayan qırılmaz dostluq telləri mövcuddur.
Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumu Azərbaycanın bir daha sülhə, beynəlxalq iqtisadi əməkdaşlığa sadiq olduğunu sübut etdi. Ümumiyyətlə, iki dövlət başçısı mütəmadi görüşlər keçirir, ikitərəfli əlaqələrin bütün istiqamətlərdə dərinləşməsini təmin edən müqavilələr imzalayır. Bu baxımdan iki ölkənin münasibətlərinin əksər sahəni əhatə edən, perspektiv inkişafı müəyyənləşdirən 16 sənədin imzalandığı Soçi görüşü də xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev iki ölkə arasında ticari-iqtisadi əlaqələrin dinamik inkişafını, əmtəə dövriyyəsinin ildən-ilə artmasını, Rusiyanın ölkəmiz üçün idxalda bir nömrəli tərəfdaş olmasını, energetika, neft-qaz sahələrində çox möhkəm əlaqələrin mövcudluğunu münasibətlərin təməl daşı kimi qiymətləndirir.
"Rossneft” ilə SOCAR arasında əməkdaşlıq barədə mühüm sənəd - müqavilə imzalanıb. 20 ildən artıqdır ki, Azərbaycanda "LUKoyl” şirkəti nüfuzlu investor kimi fəaliyyət göstərir. Elektroenergetika sahəsində iki ölkənin enerji sistemləri paralel rejimdə işləyir. Artıq yüksəkgərginlikli elektrikötürücü xəttin ikinci növbəsinin tikintisi ilə bağlı məsələlər də müzakirə edilmişdir. "Şimal-Cənub dəhlizi” ilə ötən illə müqayisədə yükdaşımaların nəqli bu il 100 dəfədən çox artmışdır. Azərbaycanın milli aviaşirkəti isə Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən artıq reyslər təşkil edir. Bu ilin sonuna kimi Azərbaycanı ziyarət edən turistlərin sayının da milyona çatacağı gözlənilir.
Bunlardan başqa, hər iki ölkədə qarşılıqlı ticarət nümayəndəlikləri açılır, Rusiya Federasiyasının təxminən 70 regionu Azərbaycanın regionları ilə əməkdaşlıq edir. Ölkəmizdə Rusiyanın iştirakı ilə təxminən 700-dən artıq birgə şirkət fəaliyyət göstərir, şimal qonşumuzun iqtisadiyyatımıza yatırdığı sərmayələrin ümumi həcmi isə 1,5 milyard dolları keçmişdir. Getdikcə intensivləşən ikitərəfli görüşlər, tərəfləri maraqlandıran biznes layihələrinin birgə müzakirəsi və reallaşdırılması, səylərin koordinasiyası müsbət nəticələr verir.
Bunun sonunda Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrinin perspektivləri hələ də müəmmalıdır. Müəyyən statistik rəqəmlərin mövcudluğuna baxmayaraq, Paşinyan rejimi Rusiya ilə əlaqələri olan sahibkarları sıxışdırır və Qərblə yeni münasibətlər qurmaq niyyətlərini gizlətmir.
Bakı-Moskva-İrəvan üçbucağında diqqət çəkən ciddi amillərdən biri də Kremlin Azərbaycanda və Ermənistanda rus dilinə olan əksqütblü münasibətləri yaxşı başa düşməsi və düzgün qiymətləndirməsi ilə bağlıdır. Azərbaycanda 340-dan çox ümumtəhsil məktəbində rus dili tədris olunur, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Bundan başqa, dövlətə məxsus bütün ali təhsil müəssisələrində rus sektorları mövcuddur. Halbuki həmişə Rusiyaya sədaqət andı içən Ermənistandan bütün ruslar sıxışdırılıb çıxarılıb. Rus dilinə isə, demək olar ki, qadağa qoyulur. Məhz bu baxımdan tolerantlığı ilə seçilən Azərbaycanın şimal qonşusu ilə dostluğu xüsusi əhəmiyyət kəsb edir.
Rusiya Prezidenti Vladimir Putin də Azərbaycanda rus dilinə olan marağı yüksək dəyərləndirir: "Biz bütün bunların hamısını görürük. Prezidentin haqqında dediyi 300-dən çox məktəb, əlbəttə, bazadır, amma ən əsas baza insanların ürəklərində, beyinlərindəndir. Bu, əməkdaşlığa, əlaqələrin qorunmasına və inkişafına aşkar cəhd deməkdir”. Vladimir Putinin "Biz bunların hamısını görürük” deməsi isə, çox güman ki, Ermənistanda rus dilinə bəslənilən münasibətlərin dözülməzliyinə işarədir.
Rusiya-Ermənistan münasibətlərinin qonşu ölkənin ictimaiyyətinə bəlli olmayan, gizlədilən çoxsaylı qara səhifələri də mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqa son səfəri məhz Bakı - Sankt-Peterburq - İrəvan üçbucağında həm keçmişə nəzər salmağa, həm də Rusiya Qafqaz münasibətlərində Azərbaycanla Ermənistan arasında təzadlara tarixin prizmasından nəzər salmağa imkan verir.
Azərbaycan-Rusiya dostluğu, Vladimir Putinin dediyi kimi, ayrı-ayrı insanların, fərdlərin ürəyindən keçir. Cəmi bircə nümunə gətirək. XIX əsrdə Naxçıvandan Kəlbalı xanın oğlu Hüseynqulu xan Sankt-Peterburqa saraya hərbi qulluğa götürülür. Hüseynqulu xan "Vəhşi diviziya”nın yaradılmasında iştirak edir və II Nikolayın general-adyutantı vəzifəsinədək yüksəlir. 1917-ci ildə imperator taxt-tacdan imtina etdikdə isə Hüseynqulu xan II Nikolaya məktubunda bircə cümlə yazır: "Əlahəzrət, ölənədək Sizə və taxt-tacınıza sadiqəm. Yolunuzda döyüşməyə hazıram!”
Erməni millətçilərinin uzun illər Rusiyaya içdikləri "sədaqət andları”nın da qısa və natamam xronologiyası mövcuddur. Təəssüf ki, bu nümunələri sədaqət rəmzi kimi təqdim etmək mümkün deyil. Çünki onlar əslində erməni diplomatiyasının "qundaq” siyasətinin mahiyyətini açan terror aktlarıdır. Məsələn, erməni millətçiləri tərəfindən ilk terror aktı 1866-cı il aprelin
4-də rus imperatoru II Aleksandra qarşı törədilmişdir. İrandan Qarabağa köçürülən Qaragözovlar nəslinin nümayəndəsi Dmitri bu əməlinə görə edam edilmişdir. Erməni millətçiləri eyni zamanda Rusiyadan Azərbaycan ərazilərinə köçürülən ruslara da divan tutmuş, xəncərlərlə silahlanaraq ruslara hücum etmiş, sularını kəsmiş, leşlə murdarlamış və hədələmişlər.
Başqa misal: 1897-ci ildə Qafqaz administrasiyasına rəis təyin edilən Q.Qolitsın erməni siyasi partiyalarının Eçmiədzin kilsəsini terror yuvasına çevirdiklərini üzə çıxarmış və 1903-cü ilin 12 oktyabrında imperatorun fərmanı ilə kilsə əmlakının müsadirə edilməsinə nail olmuşdur. Bundan qeyzlənən erməni siyasi partiyaları bütün ermənilərin katolikosu Mkrtıç Xrimyanın rəhbərliyi altında çar məmurlarına qarşı geniş sui-qəsdlərə rəvac vermişdir. Xrimyan özü isə həmin sui-qəsdlərə rəhbərlik etmişdir. Tarixçi Tahir Behbudov belə terror aktlarının sayının 150-yə yaxın olduğunu bildirir.
Paşinyan da öz sələfləri kimi, bu gün Rusiyadan sürüşüb Qərbin boynuna atılır, amma yenə də sədaqətdən, dostluqdan danışır. Biz isə bu müəmmalı dostluğun keçmişini bilməliyik. Şimal qonşumuzun Azərbaycanla gücənən iqtisadi və mənəvi əlaqələri belə qənaətə gəlməyə imkan verir ki, Rusiyada erməni millətçilərinin dostluğunun nədən ibarət olduğunu yaxşı bilirlər.
Bahadur İMANQULİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!