warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım ataşehir kuaför hacklink Shell indir

Alternative content

09:13 22 Mart 2019
ONLINE XƏBƏR LENTİ
08:42 21.03.2019 Azərbaycana yaz gəldi…
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əməkdaşımız dünya üçüncüsü oldu
Əməkdaşımız dünya üçüncüsü oldu
ANA SƏHİFƏ / İDMAN
00:28 09.12.2018


Milli komandamız Macarıstandan üç medalla qayıtdı


Bu günlərdə Macarıstanın paytaxtı Budapeştdə yeni yaradılmış Birləşmiş Dünya İdman Kempo Federasiyasının (UWSKF) təşkilatçılığı ilə Zen Bu Kan Kempo üzrə birinci dünya çempionatı keçirilmişdir.

On beş ölkənin 600-ə yaxın idmançısının iştirak etdiyi yarışda ölkəmizi Beynəlxalq Kempo Federasiyasının (IKF) Azərbaycandakı rəsmi nümayəndəsi olan "Toğrul” klubunun 7 kempoçusu yığma komanda şəklində təmsil etmişdir.

Onlardan üçü vətənə medalla qayıtmışdır. Belə ki, semi kontakt versiyası üzrə Cəmşid Rüstəmov bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülmüşdür. Sadiq Dürüstkari bürünc medala yiyələnmişdir. "Azərbaycan” qəzetinin əməkdaşı Şakir Alıyev full kontakt versiyası üzrə dünya çempionatının üçüncüsü olmuşdur. Xatırladaq ki, Şakir Alıyev ötən ay Rumıniyada keçirilən Avropa çempionatında da bürünc medal qazanmışdır.

Yarışlardan sonra "Toğrul” idman klubunun sədri Rauf İbrahimov bildirmişdir ki, çempionat ərəfəsində keçirilən iclasda fəaliyyət göstərən bütün Kempo təşkilatlarının (ICKKF, UWSKF, WAC) Beynəlxalq Kempo Federasiyasının (IKF) tərkib hissəsi kimi fəaliyyət göstərəcəyi barədə qərar qəbul olunmuşdur. Azərbaycanda artıq 10 ilə yaxındır ki, "Toğrul” idman klubu fəaliyyət göstərir. Klubun rəhbəri Rauf İbrahimov Beynəlxalq Kempo Federasiyasının (IKF) Azərbaycan üzrə rəsmi nümayəndəsi olduğu üçün öz vəzifəsində qalır. O, idmançılarımızın mötəbər yarışda çıxışına dəstək verdiyinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Şərq Döyüş Növləri Federasiyaları Şurasına minnətdarlığını bildirmişdir.

Rizvan CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM