08 Dekabr 2018 16:05
343
DÜNYA
A- A+

Çexiyada Rusiya və Çin casus şəbəkəsi aşkarlanıb



Çexiya Təhlükəsizlik və İnformasiya Xidməti (BİS) bildirmişdir ki, ötən 5 il ərzində onlarla rusiyalı və çinli agentlərin fəaliyyəti aşkar edilmişdir. BİS-in başçısı Mixal Koudelkanın dediyinə görə, onun əməkdaşları Çexiyada Rusiyanın fəal kəşfiyyat xidmətinin nəzarət etdiyi casus şəbəkəsinin işinin qarşısını almışdır.
Beləliklə, Koudelka ölkə Prezidenti, Rusiya və Çin yönümlü siyasətçi hesab olunan Miloş Zemanın tənqidinə reaksiya vermişdir.
Xatırladaq ki, BİS-in bu həftə dərc olunmuş hesabatı ilə əlaqədar Zeman kəşfiyyatı boşboğazlıqda, idarənin əməkdaşlarını isə bir nəfər də olsun rusiyalı və ya çinli agent ifşa edə bilməməkdə ittiham etmişdi.
BİS-in məlumatında deyilir ki, Praqadakı Rusiya səfirliyində diplomat pərdəsi altında bir sıra casuslar fəaliyyət göstərmişlər. Öz növbəsində çinli agentlər sənaye casusluğu sahəsində və intellektual məhsulu izləyərkən "praktiki olaraq məhdudiyyətsiz” resurslara malik olmuşlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video