08 Dekabr 2018 15:53
777
İDMAN
A- A+

Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib


Futbol üzrə milli komanda ilə yanaşı, "Qarabağ” klubunun nəticələri də bizim üçün vacibdir. Lakin təcrübə göstərdi ki, baş məşqçi üçün iki yerdə çalışmaq çox çətindir. Qurban Qurbanovla bağlı qərar qəbul olundu ki, işini bir yerdə davam etdirsin. Buna görə də milli komandanı çalışdırmasına dair onunla imzalanan müqaviləyə xitam verildi. AFFA İcraiyyə Komitəsi Qurban Qurbanova minnətdarlığını bildirdi. Təəssüf ki, Azərbaycan yığma komandasının UEFA Millətlər Liqasında çıxışı uğurlu olmadı.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 8-də AFFA-nın baş katibi Elxan Məmmədov

milli komandanın baş məşqçisi Qurban Qurbanovun istefası ilə bağlı açıqlamasında deyib.

Baş katib bildirib ki, futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri ilə də müqavilələrə xitam verilib. Gənclərdən ibarət millimizin baş məşqçisi Rəşad Sadıqov, U-18 komandanın çalışdırıcısı Zaur Həşimov, 17 yaşadək futbolçulardan ibarət seçməmizin baş məşqçisi Ramin Quliyev də istefaya göndəriliblər. U-19 millimizin baş məşqçisi Vüqar Məmməd vəzifəsində saxlanılıb. Bu, millimizin yaxın aylarda Avropa çempionatının elit-raundunda çıxışı ilə əlaqədardır.

İclasda klubların gəlir və xərcləri barədə də qərarların qəbul olunduğunu deyən E.Məmmədov AFFA Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlikin son üç aydakı fəaliyyətinin yekunlarına dair hesabatının dinlənildiyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video