07 Dekabr 2018 21:22
530
İQTİSADİYYAT
A- A+

Serbiya Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib


Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Serbiya Prezidenti Aleksandr Vuçiç 2018-ci ilin mayında Azərbaycana səfərini məmnunluqla xatırlayıb və salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib. Serbiya Prezidenti ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, Serbiyanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkür edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Serbiya Respublikasının Prezidentinə çatdırıb, Azərbaycan-Serbiya əlaqələrinin strateji əməkdaşlığa, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, ölkəmizin əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Görüşdə Azərbaycan-Serbiya əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə inkişaf etdiyi qeyd olunub, iqtisadi-ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat-logistika, tranzit, infrastruktur, turizm, İKT, səhiyyə və digər sahələrdə Azərbaycan-Serbiya əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video