07 Dekabr 2018 21:20
602
Mədəniyyət
A- A+

“Kardeş kalemler” jurnalı noyabr nömrəsini görkəmli yazıçı Mir Cəlal Paşayevin 110 illiyinə həsr edib


Türkiyədə nəşr olunan "Kardeş kalemler” aylıq Avrasiya ədəbiyyat jurnalı noyabr buraxılışını görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr edib.

AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsi Avrasiya Yazarlar Birliyi və "Buta” Azərbaycan mədəniyyətini yayma və yaşatma dərnəyinin ortaq layihəsi olaraq hazırlanıb. Jurnalda akademik Nizami Cəfərovun "Mir Cəlal və dünya xalqları”, professor Təyyar Salamoğlunun "Bir gəncin manifesti” esse romanı”, yazıçı-şair İftixar Piriyevin "Mir Cəlalın manifesti”, filologiya elmləri doktorları Almaz Ülvinin "Mir Cəlal: bir yarpaq söz”, Vaqif Yusiflinin "Mir Cəlal həqiqətləri”, Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının "Mir Cəlal Paşayev”, gənc tədqiqatçı Şahanə Muşfiqin "Həcv və satira janrında iki usta isim: Mir Cəlal və Əziz Nesin” məqalələri yer alıb. Bundan başqa, yazıçının "Dostumun qonaqpərvərliyi” və "Nazik mətləb” hekayələri Oktay Hacımusanın tərcüməsində türkdilli oxuculara təqdim olunub.

Məqalələrdə Mir Cəlal Paşayevin zəngin yaradıcılıq yolu ətraflı təhlil olunur, ədibin böyük ədəbi ustalıqla qələmə aldığı əsərlərin mahiyyətindən bəhs edilir. Tədqiqatçılar əsaslandırırlar ki, Mir Cəlal Paşayev əsərləri bütün dövrlərdə cəlbedici olmuş, geniş oxucu auditoriyasına sahib çıxa bilmişdir.

Nəfis tərtibatda oxucuların görüşünə gələn jurnalda görkəmli ədibin həyatını əks etdirən maraqlı fotolara da yer ayrılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video