07 Dekabr 2018 18:10
582
DÜNYA
A- A+

Yeravanda sahibkarlar hökumət binası qarşısında aksiya keçiriblər


Yeravanda bir qrup kiçik və orta sahibkarlıqla məşğul olan şəxs hökumət binası qarşısında aksiya keçirib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla görüşməyə cəhd etsələr də buna nail ola bilməyiblər. Onların sözlərinə görə 7 ay əvvəl Ermənistanda baş verən "məxməri inqilab”ın iştirakçısı olublar. Həmin vaxt Paşinyanı dəstəkləyiblər. Ümid ediblər ki, inqilabdan sonra köhnə sistem dəyişəcək. Amma bunun əksi baş verib. Əgər ilin əvvəlində işlətdikləri mağazalara görə 500 dram icarə haqqı ödəyirdilərsə, indi onlardan 2000 dram tələb olunur.

Ermənilər ölkə xaricində də ağır şərtlər altında yaşayırlar. Bunu isə Almaniyanın nüfuzlu "Deutschlandfunk” ictimai radiosu deyir. Radionun internet səhifəsinin xəbərlər bölməsində müəllifi Kristof Kerstinq "Xaricdə ağır işlər” başlıqlı məqaləsində bildirir ki, ailə başçılarının əksəriyyəti Ermənistanda işləmək ümidi ilə yaşayır. Ermənistandakı acınacaqlı sosial və iqtisadi vəziyyət Tumasyan ailəsinin nümunəsində şərh olunur. Məqalədə deyilir: "Tumasyanların iki azyaşlı uşağının olduğu, onların tələbatını ödəmək məqsədilə 10 ildir ki, xaricdə tikinti obyektlərində qeyri-qanuni olaraq çalışdıqları bildirilir. Onların Gümrü şəhərinin kənarında yerləşən 19-cu əsrdə inşa edilən birmərtəbəli evləri var”.

Müəllif ailəni ziyarət etməyə gələn yaxın qohumlarından öyrənib ki, Ermənistanda iş yoxdur və bu böyük problemdir. Ona görə də hər kəs ölkədən qaçmağa can atır. Jurnalist Tumasyan ailəsində olarkən xaricdə qeyri-qanuni işləyən ailə başçısı ilə internet vasitəsilə əlaqə yaradır və o, işi haqqında danışır.

Ermənistanda miqrasiya problemi "məxməri” inqilabdan sonra da həllini tapmayıb. Əksinə hökumət dəyişikliyindən 7 ay keçsə də, ölkəni 10 min 700-ə yaxın vətəndaş tərk edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video