Alternative content

11:43 22 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
01:01 22.01.2019 Xoşməramlı missiya
00:47 22.01.2019 Nakam talelər
00:46 22.01.2019 Vətən sənə oğul dedi
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
18:07 07.12.2018

Dekabrın 7-də Milli Məclisdə aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Eldar İbrahimov gündəlik barədə məlumat verib. Bildirib ki, ölkəmizdə Ələt azad iqtisadi zonasının yaranması ilə əlaqədar gündəlikdəki dörd qanuna dəyişiklik edilməsi zərurəti meydana gəlib.

İclasda həmin layihələri təqdim edən Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə deyib ki, qanunvericiliyin uyğunlaşdırılması baxımından Torpaq Məcəlləsində və "Torpaq icarəsi haqqında”, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsində məqsəd bu ilin 18 may tarixində qəbul olunmuş "Ələt azad iqtisadi zonası haqqında” qanunun tətbiqi üçün hüquqi zəmini təkmilləşdirməkdir.

Qeyd olunub ki, Ələt azad iqtisadi zonası xüsusi qaydada fəaliyyət göstərəcək və bir sıra fərqli cəhətlərə malik olacaq ərazi olduğundan orada tətbiq ediləcək qaydalar da ölkənin digər yerlərindəki qaydalardan fərqlənəcək. Bu ərazidə qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun gələn qaydalara üstünlük veriləcək. Azad Zonada maliyyə, gömrük işi, əmək münasibətləri, miqrasiya, vergi tənzimlənməsi, valyuta əməliyyatları aparmaq azadlığı, müflisləşmə və iflas, notariat fəaliyyəti, əqli mülkiyyət kimi bir sıra sahələrə, o cümlədən torpağa və sığortanın stimullaşdırılmasına dair münasibətləri tənzimləyən məcburi xarakterli daxili qaydalar qəbul ediləcək.

Vilayət Əlizadə diqqətə çatdırıb ki, torpaq münasibətlərinin tənzimlənməsi məqsədilə qəbul olunacaq qaydalarda Azad Zonanın torpağı ilə bağlı prosedurlar, bu torpağa dair sərəncam, o cümlədən istifadə, icarə, təminat və digər hüquqların yaradılması və onlara xitam verilməsi qaydaları və tələbləri, Azad Zona torpağına dair hüquqların yaradılmasını və onlara xitam verilməsini təsdiq edən özünün reyestrinin aparılması və digər məsələlər göstəriləcək. Azad Zona torpağına dair bütün hüquqlar bu reyestrdə qeydiyyata alınacaq. Bütün bunların hüquqi tənzimlənməsi üçün torpaq icarəsi, torpaqların dövlət ehtiyacları üçün alınması və kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanunlara, həmçinin Torpaq Məcəlləsinə müvafiq əlavələr təklif olunur.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM