Alternative content

07:05 26 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fiqurlu konkisürmə yarışlarında yapon idmançı dünya rekordunu təzələyib
Fiqurlu konkisürmə yarışlarında yapon idmançı dünya rekordunu təzələyib
ANA SƏHİFƏ / İDMAN
17:58 07.12.2018

Fiqurlu konkisürmə üzrə Vankuverdə keçirilən Qran-Pri yarışlarının finalında yapon idmançı Rika Kixira qısa proqramda dünya rekorduna imza atıb. Hakimlər 16 yaşlı idmançı qızın çıxışını 82,51 balla qiymətləndiriblər.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bundan əvvəlki dünya rekordu 2018-ci ilin Olimpiya çempionu, 16 yaşlı rusiyalı Alina Zaqitovaya məxsus idi. O, bu rekordu noyabrda Moskvada keçirilən Qran-Pridə vurmuşdu. A.Zaqitova da Vankuver Qran-Prisində iştirak edir və öz qısa proqramını daha sonra təqdim edəcək.

Kixira yüksək eşelonda ilk mövsümünü keçirir. O, Yaponiya və Fransa Qran-Prisində qazandığı qələbədən sonra finala vəsiqə alıb. Yapon idmançı fiqurlu konkisürmə tarixində üçlü aksel və üçlü tulup elementlərini yarışlarda yerinə yetirən ilk qadın atletdir.

Məcburi proqram və balların sayına görə dünya rekordları (müvafiq olaraq 158,80 və 238,43 ballar) rusiyalı Zaqitovaya məxsusdur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM