07 Dekabr 2018 17:50
759
Elm və texnika
A- A+

AMEA-da "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimatı olub


Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanovun 3 cildlik "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu dilimizin inkişafı, qorunması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən dövlət proqramları və layihələrdən söz açıb. M.Nağısoylu qeyd edib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.

Akademik məlumat verib ki, monoqrafiya 3 cilddən, 55 fəsil və yarımfəsildən, 1490 səhifədən ibarətdir. Birinci cilddə ümummilli lider Heydər Əliyevin nitqinin arxitektonikasına (nitqdə məntiqi ardıcıllıq, giriş və sonluqlar), nitqin ekspressivliyini yüksəldən elementlərə (nitqdə fəlsəfi fikirlər, səmimiyyət, qətiyyət, nikbinlik, proqnozlar, poetik çalarlar), eləcə də üslublara (elmi, publisistik, məişət, dini) xüsusi diqqət yetirilib. İkinci cilddə isə əsas və köməkçi nitq hissələrinin, sinonimlər və frazeoloji birləşmələrin üslubi imkanlarına diqqət yetirilib. Üçüncü cilddə isə ulu öndər Heydər Əliyevin nitqlərində etik və estetik mətnlər dilçilik nöqteyi-nəzərindən araşdırılıb. Müasir etikanın başlıca sahələri, hüquqi, iqtisadi, tibbi, ekoloji etikalar tədqiqat obyekti olub. Eləcə də bir sıra etik dəyərlər - ədalət, sədaqət, dostluq, cəsarət və s. ciddi araşdırılıb. Bu cilddə estetik dünyagörüşün formalaşmasında xüsusi əhəmiyyət kəsb edən gözəllik, faciə, komizm elementlərinə Ulu Öndərin şifahi, spontan nitqlərində diqqət yetirilib.

Tədbirdə Dilçilik İnstitutunun şöbə müdiri, professor İsmayıl Məmmədli, ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev və digər çıxış edənlər kitab haqqında fikirlərini bölüşüblər.

Kitabın elmi redaktorları akademik Möhsün Nağısoylu və filologiya elmləri doktoru, professor Məsud Mahmudov, rəyçiləri filologiya elmləri doktoru, professor Nadir Məmmədli və filologiya elmləri doktoru İlham Tahirov, "Ön söz”ün müəllifi isə akademik Nizami Cəfərovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video