07 Dekabr 2018 12:57
1159
PARLAMENT
A- A+

Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib


Dekabrın 7-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, gündəliyə 4 məsələ daxildir. Qeyd edilib ki, sənədlərdə edilməsi nəzərdə tutulan dəyişikliklər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.

Əvvəlcə "Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, Qanunun 7-ci maddəsi aşağıdakı redaksiyada verilir: 7.1. Sosial sığorta haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. 7.2. Ələt azad iqtisadi zonasında sosial sığorta sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

"Məşğulluq haqqında” Qanunda təklif olunan dəyişikliyə əsasən sənədin 2-ci maddəsinin mətni 2.1.-ci maddə hesab edilir və aşağıdakı məzmunda 2.2.-ci maddə əlavə edilir: "Ələt azad iqtisadi zonasında məşğulluqla bağlı münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Sonra "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Qeyd olunub ki, sənədin 1-ci maddəsinin mətni 1.1.-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 1.2.-ci maddə əlavə edilsin: Ələt azad iqtisadi zonasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən Məcəllənin 4-cü maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilir: Ələt azad iqtisadi zonasında əmək münasibətləri "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Sonda müzakirə olunan qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video