07 Dekabr 2018 01:52
382
İQTİSADİYYAT
A- A+

“Caspian European Club” Dövlət Gömrük Komitəsi ilə biznes-forum keçirib


"Caspian European Club” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə biznes-forum keçirib.

AZƏRTAC xəbər verir ki, "Caspian European Club” tərəfindən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iştirakı ilə dekabrın 6-da təşkil olunmuş biznes-forumda Azərbaycanda gömrük qurumları ilə biznes arasında dialoqun genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Biznes-forumda çıxış edən Səfər Mehdiyev tədbir iştirakçılarını maraqlandıran bütün suallara cavab verib, DGK-nın fəaliyyəti və yeni planlar üzərində xüsusilə dayanıb.

DGK rəhbəri qeyd edib ki, əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasına gömrük orqanları da öz töhfəsini verməkdədir. Son illərdə qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac və tranzit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində də əsaslı dönüş yaradıb. Ölkəmizin gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadrların potensialının gücləndirilməsi istiqamətində görülən işlərə toxunan komitə sədri artıq gömrük orqanlarının daha çevik və dinamik bir quruma çevrildiyini bildirilib. O da qeyd olunub ki, həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə, qaçaqmalçılıq hallarının qarşısının alınması, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub.

Daha sonra Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisinin birinci müavini Anar Süleymanov Dövlət Gömrük Komitəsi tərəfindən son aylarda aparılan islahatlar, komitənin ticarətin asanlaşdırılması ilə bağlı gələcəyə baxışı mövzusunda təqdimatlar edib.

O bildirib ki, sahibkarları Gömrük komitəsi tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və xərclər daha çox maraqlandırır. DGK tərəfindən islahatlar həyata keçirilərkən dəyişən ticarət mühiti, beynəlxalq təchizat-ticarət zəncirində baş verən dəyişikliklər mütləq şəkildə nəzərə alınır. Yeni texnologiyaların, mobil tətbiqlərin, blokçeyn texnologiyalarının digər ölkələrdə tətbiqi DGK-nın qarşısında bu yeniliklərlə uzlaşma məsələsini gündəmə qoyur. Elektron ticarətin genişlənməsi, virtual ticarət iştirakçılarının sayının artması təchizat-ticarət zəncirinə nəzarəti nisbətən məhdudlaşdırır, yeni dəyər zənciri formalaşır. Ticarət dövriyyəsinin artması və bu tip dəyişikliklər nəzərə alınaraq komitədə islahat proqramları həyata keçirilir.

A.Süleymanov təqdimat zamanı DGK-da tətbiq olunan elektron xidmətlərin sahibkarlıq fəaliyyətinə müsbət təsirlərindən bəhs edib, yeni istifadəyə verilən və yaxın gələcəkdə istifadəyə veriləcək elektron xidmətlər barədə sahibkarları məlumatlandırıb.

Biznes-forumda çıxış edən "Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə Səfər Mehdiyevə minnətdarlığını bildirib.

Biznes-forumda Səfər Mehdiyevə "Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. "Caspian European Club”un yeni və fəaliyyətdə olan üzv şirkətlərinə də sertifikatlar verilib.

Tədbirdə "Alliance Assist” şirkətinin direktoru Bəxtiyar Yaraliyev və "Zaman Broker” şirkətinin direktoru Xəyal Məmmədxanlı təqdimatla çıxış ediblər.

Biznes-forumda dövlət və özəl şirkət rəhbərləri, bir sıra diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video