Alternative content

14:57 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qış qayğıları
Qış qayğıları
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:45 07.12.2018


Əsas diqqət çatışmazlıqların aradan qaldırılmasına yönəldilib


Havalar yavaş-yavaş soyumağa başlayıb. Hətta bəzi dağlıq bölgələrimizə xeyir-bərəkət rəmzi olan qar da yağıb. Bəs Zaqatala rayonunda qışa necə hazırlaşıblar? Rayon icra hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Fərman Əhmədovla söhbətimiz bu barədə oldu. O bildirdi ki, hələ may ayının 26-da qışa hazırlıqla bağlı idarə, müəssisə və təşkilatlar tərəfindən yerinə yetiriləcək işlərə dair tədbirlər planı RİHB yanında geniş müzakirə edilərək təsdiq olunmuşdur.

Plan hazırlanarkən əsas diqqət ötən qışa hazırlıq zamanı yol verilən nöqsanların və çatışmazlıqların aradan qaldırılmasına yönəldildi. Bu günlərdə qış mövsümünə hazırlıqla əlaqədar rayon icra hakimiyyəti başçısı yanında keçirilən iclasda bildirildi ki, idarə, müəssisə və təşkilatlar, ərazi nümayəndəlikləri, bələdiyyələr tərəfindən nəzərdə tutulan tədbirlər əsasən yerinə yetirilib.

Mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına çoxmənzilli 20 yaşayış binasında dam örtükləri, fasadları və giriş blokları təmir olunub. C.Cabbarlı küçəsi 1, 3 və Z.Əliyeva küçəsi 2 saylı binaların həyətlərindəki yardımçı tikililər sökülərək abadlıq işləri aparılıb.

Zaqatala Elektrik Şəbəkəsi tərəfindən əhalini elektrik enerjisi ilə fasiləsiz təmin etmək üçün ümumilikdə 29 kilometrə yaxın hava xətti və 72 transformator təmir olunub, xeyli dayaq və sayğac təzələnib. Yuxarı Tala kəndinin "Şimşək” adlanan ərazisindəki yeni yaşayış massivində və Mişleş kəndində müasir tipli transformator quraşdırılıb.

Əhalinin içməli su ilə təminatını daha da yaxşılaşdırmaq üçün yararsız vəziyyətdə olan su xətləri dəyişdirilib, kəmərlərdə sızmaların qarşısı alınıb. Su-kanal idarəsi tərəfindən şəhər ərazisində, Çobankol, Bazar, Gözbarax, Zəyəm, Üçüncü Tala, Muğanlı, Dağlı və Mazıx kəndlərində analoji tədbirlər görülüb. Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə rayonun Qandax və Kəpənəkçi kəndlərində subartezian quyuları qazılaraq istifadəyə verilib.

Qaz istismar sahəsi şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində orta və aşağı təzyiqli xətlərdə təmir işləri aparıb, şəhər, qəsəbə və kəndlərdə ümumilikdə 2 min 300 metrdən çox qaz xətti çəkilib. Lahıc, Bəhmətli və Kürdəmir kəndlərinə qaz xətlərinin çəkilişinə başlanılıb.

Məktəbəqədər tərbiyə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının qış mövsümündə fəaliyyətlərini normal qaydada davam etdirmələri üçün də xeyli iş görülüb. RİH tərəfindən Mosul kənd uşaq bağçası indi əsaslı təmir edilib, Yuxarı Tala kənd 450 şagird yerlik tam orta məktəbin qazanxanası qazlaşdırılıb. Ümumiyyətlə, rayonun ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələri kifayət qədər odunla təmin etmək, istilik sistemlərinin, qazanxanaların texniki cəhətdən işlək vəziyyətə gətirilməsi üçün tədbirlər görülüb. Təhsil müəssisələrinə ayrılmış odun və duru yanacağın gətirilməsi başa çatmaq üzrədir. Qazlaşdırılmış yaşayış məntəqələrində - Muxax kənd 1 saylı, Danaçı kənd 1, 2, 3 və 4 saylı, Mazıx, Zəyəm və Aşağı Çardaxlar kənd orta məktəb binalarının duru yanacaqla işləyən qazanxanalarının qazlaşdırılması istiqamətində işlər aparılıb.

Rayon Mərkəzi Xəstəxanasının mərkəzləşdirilmiş istilik sistemi işlək vəziyyətə gətirilib. Digər tibb ocaqları üçün odun və maye yanacağın daşınması davam etdirilir. Rayon Mərkəzi Xəstəxanasına 1 ədəd "Nissan” markalı təcili yardım avtomobili də verilib.

Müsahibimiz sonda onu da qeyd etdi ki, rayonda fəaliyyət göstərən büdcə təşkilatlarına bölgü əsasında ayrılmış odun və soba yanacağının alınması və vaxtında daşınması üçün Meşə Mühafizəsi və Bərpası Müəssisəsinə lazımi qədər vəsait köçürülüb.

Qışa hazırlıqla bağlı çatışmazlıqlar, qüsurlar da yox deyil. Bunlarla əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə, ərazi nümayəndəlikləri və bələdiyyələrə müvafiq tapşırıqlar verilib.

Əli SƏLİMOV,

"Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM