Alternative content

17:05 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Reallaşan layihələr
Reallaşan layihələr
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:45 07.12.2018


Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin reallaşdırılması ölkənin bütün bölgələri kimi, İmişlinin də simasını xeyli dəyişmişdir. İnkişaf rayonun sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edir, güclənən iqtisadiyyat, yaradılan müasir sosial infrastruktur əhalinin güzəranını yaxşılaşdırır.

Sürətli inkişafın əsasında davamlı dövlət dəstəyi dayanır. Prezident İlham Əliyevin bölgənin iqtisadi potensialını yüksək dəyərləndirməsi, rayonun torpağa, halal zəhmətə bağlı, qurub-yaratmaq həvəsli insanlarına hər zaman isti və doğma münasibət ifadə etməsi İmişlinin inkişafını şərtləndirən mühüm amildir. Dövlət başçısının İmişliyə hər səfəri rayonun sosial-iqtisadi inkişafına yeni təkan olur, əhalidə yüksək əhvali-ruhiyyə yaradır.

Prezident İlham Əliyevin bu ilin oktyabr ayındakı səfəri də rayonun sosial-iqtisadi inkişafında yeni və daha mühüm bir mərhələnin başlandığının anonsunu verdi. Rayonda görülən genişmiqyaslı təsərrüfat, tikinti-abadlıq, quruculuq işlərini yüksək dəyərləndirən dövlət başçısı qarşıya yeni və məsul vəzifələr də qoydu. Dövlət başçısı bəyan etdi ki, ölkənin iqtisadi qüdrətini artırmaq, xalqın güzəranını hər vasitə ilə daha da yaxşılaşdırmaq üçün bundan sonra da lazım olan bütün tədbirlər görüləcəkdir.

Əsas məqsədi xalqa xidmət olan və bu hədəflərə çatmaq üçün nəhəng layihələri uğurla reallaşdıran dövlət başçısının sözügedən səfəri kifayət qədər zəngin təəssürat doğurur. Prezident səfər çərçivəsində Araz çayının yeni qol-kanalının açılışında iştirak etdi. Meliorasiya və irriqasiya sahəsinin müasir inkişaf səviyyəsinə çatmasını şərtləndirən bu möhtəşəm layihə böyük bir regionda qeyri-neft sektorunun inkişafına sanballı töhfələr verəcək. Araz çayının yeni qol-kanalı vasitəsilə Saatlı, İmişli və Biləsuvar rayonlarındakı torpaq sahələri suvarma suyu ilə etibarlı şəkildə təmin olunacaq, bütövlükdə 53 min hektar torpaq sahəsi barlı-bərəkətli bir əraziyə çevriləcək.

Prezident Araz çayının yeni qol-kanalının açılış mərasimindəki çıxışında demişdir: "Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcəkdir.

Bu layihənin icrası ilk növbədə bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar. Hər bir yerdə, hər bir rayonda, hər bir kənddə yaşayan vətəndaşlar işlə təmin olunsunlar, onların rifah halı yaxşılaşsın və dövlət bu istiqamətdə öz tədbirlərini görür”.

İmişlinin güclü iqtisadi potensialı, bölgənin yetərli əmək ehtiyatları rayonun hər zaman diqqət mərkəzində olmasını şərtləndirən amillərdir. Dövlət tərəfindən verilən tapşırıq və tövsiyələrə rayonda məsuliyyətli münasibətin mövcudluğu, təşkilat-təsərrüfat işlərinin yaradıcılıqla əlaqələndirilməsi, qüvvələrin bacarıqla səfərbər edilib zəruri istiqamətlərə yönəldilməsi sosial-iqtisadi inkişafın dönməz xarakter almasını təmin edir.

Bu gün İmişlinin qeyri-neft sektorunun inkişafında özünəməxsus payı var. Rayonda sahibkarlığın inkişafı üçün son dərəcə münbit və əlverişli şərait yaradılmışdır. Sosial-iqtisadi inkişafı sürətləndirmək üçün kənardan investisiyalar cəlb edilir, uğurlu nəticələr qazanılır. İmişlidə cari ilin on bir ayının yekunları da müsbətdir.

Sosial-iqtisadi inkişafa dövlətin dəstəyinin davamlı xarakter alması əhalidə razılıq doğurur. Rayonda müxtəlif infrastruktur layihələrinin reallaşdırılması ümumi inkişafa, əhalinin həyat şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərir. Kənd yollarının yarıdan çoxu əsaslı təmir olunmuşdur, qazlaşdırma, demək olar, başa çatmaq üzrədir. Elektrik enerjisi ilə bağlı əhalini narahat edən problemlər aradan qaldırılmışdır. Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək üçün 46 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

Ölkədə aparılan aqrar islahatların uğuru bu rayonun timsalında da özünü göstərir. Kənd təsərrüfatının bütün sahələrində artım, inkişaf diqqət çəkir. Dövlət başçısının kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılığı, baramaçılığı inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmağa nail olmaq barədə tapşırıq və tövsiyələri İmişlidə də razılıqla qarşılanmışdır. Bu il 13.645 hektar sahədə bol pambıq yetişdirilib. Məhsul yığımı sürətlə davam edir. Məhsuldarlıq yüksəkdir. Kümçülər 10 tondan çox yüksəkkeyfiyyətli barama istehsal etmişlər. Bu, keçən ildəki nəticə ilə müqayisədə 25,6 faiz çoxdur.

Ümumiyyətlə, rayonun kənd əməkçiləri 68,3 min ton taxıl, 2614 tondan çox kartof, 4140,6 tondan çox bostan məhsulları, 3306 ton şəkər çuğunduru, 2882 ton tərəvəz tədarük etmişlər. Əhalini ilin bütün fəsillərində təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatı yaradılmışdır.

Rayonda torpağın hər qarışından səmərəli istifadə olunmasına böyük önəm verilir. Bu baxımdan "Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq rayonun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10.211 hektarının təyinatının Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilməsi mühüm faktdır. Daha 6000 hektar torpaq sahəsinin təyinatını dəyişdirmək üçün isə sənədləşmə işləri aparılıb.

İmişliyə səfəri zamanı Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışını edən Prezident İlham Əliyev ölkənin yol infrastrukturunun daha da yaxşılaşdırılmasına yeni və sanballı bir töhfə verdi. 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışı bölgə əhalisinin böyük sevincinə səbəb oldu.

İmişlidə "Asan həyat” kompleksinin Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlaması da bölgədə mühüm hadisəyə çevrildi. İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Füzuli rayonlarının 624 mindən çox sakininin rahatlığını təmin edəcək bu ünvanda 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstərilir.

Prezident İlham Əliyev İmişli ilə bağlı iki sərəncam imzaladı. Bunlardan biri İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, digəri rayonun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında idi.

Dövlət qayğısından güc alan imişlililər rayonun yüksəlişi üçün ürəklərinin təpərini, əllərinin hərarətini əsirgəmirlər.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM