warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir

Alternative content

19:11 25 Mart 2019
ONLINE XƏBƏR LENTİ
19:59 24.03.2019 Sümük vərəmi
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tarixi günümüz
Tarixi günümüz
ANA SƏHİFƏ / SİYASƏT
01:39 07.12.2018


1337 sənəyi-hicrisi rəbiüləvvəlin 2-ci günü Türk-Azərbaycan tarixində xüsusi bir yer tutub böyük bir əhəmiyyəti haiz olacaqdır.

Bu gün o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb, Azərbaycan təkmil bir hökumət şəklinə girir.

Yüz, yüz əlli sənə bündan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan toprağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu topraq üzərində qurulmuş olan saxta və əməli hüdudları silinib-süpürülüb müttəhid və vəsi bir ərazi şəklinə girdi və bu gün xilas olub da iki milyonu mütəcaviz nüfusilə Azərbaycan Cümhuriyyəti namini daşımağa kəsbi-ləyaqət etdi.

Pəs bu gün haman bu Azərbaycan Cümhuriyyətinin Milli Parlamanı, Milli Məclisi açılmaqla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmamə yetir.

Parlamanımız daxilən və xaricən nə şərait içində açılır?

İstiqlalımızın felən yürüdülməsinə qarşı bugünki cahan zorluları tərəfindən məmaniətlər göstərilmiyorsa da, qəbuluna da hələ qol qoyanlar yoxdur. Məsələnin həlli, istiqlalımızın rədd və ya qəbulu gələcək sülh konfransının baxacaq işlərindəndir.

Bir tərəfdən dəxi Türk-Azərbaycan Cümhuriyyətində vətəndaşcasına yaşamaq, asayiş və istirahətimizin təmini yolunda əl-ələ verib çalışmağa dəvət etdiyimiz qeyri-müsəlmanlar arasında öylələri tapıldı ki, uzatdığımız ələ arxalarını çevirib parlamanımızı və hətta cümhuriyyətimizi belə "namüssəm” ədd edərək istiqlalımıza qarşı bədxah olduqlarını indidən bildirdilər. Bunların içində hətta "boykot” sözünün istemalı kimi qabalıq və nəzakətsizlik göstərənlər də olmadı deyil.

Daxilən dəxi quldurluqları və ya rəsmi hökumət məmurluqları hələlik, bizcə, bəlli olmayan bir takım müsəlləh ermənilərin hüdudumuza təcavüz edib Azərbaycan müsəlmanları həqqində icra etdikləri qətl və qarət, zülm və cəfa xəbərləri cümləmizi mükəddər və mütəhəyyus etməkdədir.

Bu şərait nə qədər mucibi-məsərrət olmasa da, parlamanımızın açılmasına qarşı məmaniət təşkil etmədi; biləks, Məclisi-Millimizin tezlik ilə açılmaq lüzumiyyətini meydanə qoydu.

Çünki yuxarıda icmalən zikr etdiyimiz əhvalatın bilaxirə Türk Azərbaycan Cümhuriyyəti üçün mübarək və müsaid bir yola düşməgi - məhz parlamanımızın vücudindən və çalışmasından asılı bir məsələdir.

Böylə olan surətdə, deməli, qəlbimizdə bəslədigimiz ümid - parlamanımızadır. Və ümidvarıq ki, cavan parlamanımız bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və siyasi imtəhanını xaricilər ənzari qarşısında parlaq bir surətdə verməklə vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır.

Yaşasın Türk-Azərbaycan Cümhuriyyətinin cavan parlamanı!

Hacıbəyli Üzeyir,

"Azərbaycan”, 7 dekabr 1918, №58

Namüssəm - qəti surətdə qərar verilməmiş, qət edilməmiş

P.S. Məqaləni redaksiyaya professor Şirməmməd Hüseynov təqdim edib



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM