warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir

Alternative content

19:11 25 Mart 2019
ONLINE XƏBƏR LENTİ
19:59 24.03.2019 Sümük vərəmi
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alim ömrü
Alim ömrü
ANA SƏHİFƏ / Mədəniyyət
01:38 07.12.2018


XX əsrin görkəmli tədqiqatçısı, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Qaraş Əli oğlu Mədətovun həyatı tarix elmimizin son 40 ildəki inkişafı ilə bilavasitə bağlıdır. O, elmin bu sahəsində yüksəlmiş, böyük alim, şəxsiyyət səviyyəsinə qalxmışdır.

...1928-ci ilin fevralında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində anadan olmuşdur. Zəngin tarixə malik olan Naxçıvanın və əsrlərin yadigarlarını özündə yaşadan Qarabağlar kəndinin məşhur memarlıq abidələri onda tarix elminə maraq oyatmış və illər keçdikcə bu hiss daha da güclənmişdir.

Yeri gəlmişkən qeyd edək ki, Qarabağlar kəndi əməksevər insanları və çoxsaylı ziyalıları ilə tanınır. Bu torpaqda doğulub, boya-başa çatmış adlı-sanlı insanlardan, professorlar K.Rəhimov, Ş.Sadıqov, Ş.Səfərov və başqaları təkcə Naxçıvanın deyil, Azərbaycanın tanınmış ziyalılarından, sevilən insanlarından olmuşlar.

Qaraş Mədətov 1945-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinə daxil olmuş, 1950-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1951-1953-cü illərdə Naxçıvanda orta məktəbdə müəllim işləmişdir.

Qaraş Mədətov 1953-1955-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında oxumuş, dövrünün görkəmli alimlərindən tədqiqatçılığın sirlərini öyrənmişdir. Bu qədim və məşhur elm və təhsil ocağının əyani aspiranturasındakı 3 illik gərgin əməyi Q.Mədətovun gələcəkdə püxtələşmiş bir alim kimi yetişməsində mühüm rol oynamışdır. O dövrdə təhlili xüsusi cəsarət tələb edən Naxçıvanın sovetləşməsinə həsr edilmiş namizədlik dissertasiyasını vaxtından əvvəl, uğurla müdafiə etmişdir. Dissertasiya müasir Azərbaycan tarixşünaslığında Naxçıvan bölgəsinin tarixi ilə bağlı köklü məsələlərin elmi cəhətdən öyrənilməsi və ümumiləşdirilməsi baxımından ilk sanballı əsər olmuşdur.

Q.Mədətov 1956-cı ildə Azərbaycan EA Tarix İnstitutunun "Sovet dövrü tarixi şöbəsi”ndə kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş, 1957-1958-ci illərdə institutun elmi katibi, 1958-1968-ci illərdə isə baş elmi işçi işləmişdir. O, tariximizin tədqiqi sahəsində işlərini uğurla davam etdirmişdir. 1965-ci ildə "Azərbaycan Böyük Vətən müharibəsində” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. Azərbaycan xalqının faşizmə qarşı mübarizədə oynadığı mühüm rol, Azərbaycan əsgərlərinin ön cəbhədə, partizan dəstələrində, antifaşist hərəkatında fəal iştirakı, müharibə illərində sovet ordusunun əsas cəbbəxanalarından birinə çevrilmiş neft Bakısında, respublikanın kəndlərində zəhmətkeşlərin, habelə alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin fədakar əməyi bu əsərdə öz əksini geniş tapmışdır. Bu əsər 1975-ci ildə bəzi əlavə və dəyişikliklər edilməklə yenidən çap edilmişdir.

Q.Mədətov 1968-ci ildə professor adına layiq görülmüşdür.

Alim 1968-ci ildən ömrünün sonunadək "Azərbaycanın müasir dövr tarixi” şöbəsinin müdiri kimi fəaliyyət göstərmiş, yurdumuzun müasir tarixini öyrənən elmi məktəbin yaradıcılarından biri olmuşdur. Qaraş müəllim geniş dünyagörüşünə malik, tariximizin müxtəlif problemlərinin qiymətləndirilməsində özünəməxsus mövqeyi olan istedadlı və çox işgüzar alim idi. Onun qələmindən 150-dən çox elmi əsər, o cümlədən 5 monoqrafiya, 10 ümumiləşdirici kollektiv tədqiqat işi, 8 sənədlər məcmuəsi, 15 kitabça, onlarla elmi məqalə çıxmışdır. Onun əsərləri Tarix İnstitutunda müasir dövr üzrə yazılmış ümumiləşdirici monoqrafiyaların, habelə üçcildlik "Azərbaycan tarixi”nin 3-cü cildinin, qısa "Azərbaycan tarixinin” (1979-cu ildə çap olunmuş), 7 cildlik "Azərbaycan tarixi”nin və başqa tədqiqat işlərinin hazırlanmasında mühüm rol oynamışdır.

Professor Q.Mədətovun elmi fəaliyyətində əsas yeri "Azərbaycan Böyük Vətən müharibəsində” mövzusu tutsa da, o, bütövlükdə ölkə tarixinin aktual problemlərinə münasibət bildirmiş, qiymətli kitab və məqalələri ilə tanınmışdır.

Qaraş Mədətov "Azərbaycan fəhlə sinfinin tarixi oçerkləri”, 7 cildlik "Azərbaycan tarixi”nin və başqa ümumiləşdirici əsərlərin, "Azərbaycanın qızıl ulduzları”, "Şöhrət və ölməzlik məktubları”, "Azərbaycan SSR Böyük Vətən müharibəsi illərində (1941-1945-ci illər)”, "Azərbaycanın Sovet İttifaqı qəhrəmanları” kimi məcmuələrin müəlliflər kollektivinin üzvü olmuşdur.

Q.Mədətov müasir tariximiz üzrə yazılmış onlarla elmi əsərlərin redaktoru idi.

Görkəmli alim tarix elmimizi respublika sərhədlərindən kənarda da şərəflə təmsil etmiş, onun təbliği sahəsində böyük iş aparmışdır. Q.Mədətovun əsərləri Moskva, Kiyev, Minsk, Tbilisi, Riqa və başqa şəhərlərdə çap olunmuşdur. Professor bir çox beynəlxalq elmi simpoziumlarda və sessiyalarda maraqlı məruzələrlə çıxış etmişdir.

Qaraş Mədətov "Azərbaycan Sovet Ensiklopediyası” kimi dövrün çox əhəmiyyətli bir nəşrinin hazırlanmasında fəal iştirak etmişdir, elmi redaksiyanın üzvü, bir çox ensiklopediya məqalələrinin müəllifi və ya məsləhətçisi olmuşdur.

Daxilən azad insan olan Qaraş müəllim Azərbaycanın müstəqilliyinə çox sevinirdi. Bunun nə qədər qiymətli olduğunu dönə-dönə xatırladır, həmişə tariximizin yenidən öyrənilməsi haqqında düşünürdü. Tarixçi alim bu sahədə tədqiqatlarını davam etdirir, ideyalarını həyata keçirmək üçün səmərəli yollar axtarırdı.

Professor Qaraş Mədətov həm də geniş elmi-pedaqoji fəaliyyət göstərmişdir. O, 25 ildən çox Bakı Dövlət Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində tariximizin müasir dövrünə aid mühazirələr oxumuş, xüsusi kurslar aparmışdır. Q.Mədətov respublikada tarixçi kadrların hazırlanması sahəsində də yaxından iştirak etmiş və böyük əmək sərf etmişdir. Onun elmi rəhbərliyi ilə 11 elmlər doktoru, 30-a qədər elmlər namizədi hazırlanmışdır. O, onlarla doktorluq və namizədlik dissertasiyalarına opponentlik etmişdir. Hazırda respublikanın əksər tədris və elmi tədqiqat müəssisələrində onun rəhbərliyi altında yetişmiş yüzlərlə mütəxəssislər çalışırlar. Görkəmli tədqiqatçı 1974-cü ildən 1991-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun yanında doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şura sədrinin müavini, sonralar bu şuranın, habelə Azərbaycan Dövlət Pedaqoji Universitetində namizədlik dissertasiyaları müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü olmuşdur.

O, öz elmi əsərləri, pedaqoji fəaliyyəti, mətbuatdakı yazıları, televiziya və radiodakı çıxışları ilə oxucularının, tamaşaçılarının rəğbətini qazanmış, xüsusilə də gənclərin tərbiyəsində fəal iştirak

etmişdir.

Azərbaycan tarixinin tədqiqi və təbliği sahəsində böyük xidmətlərinə görə Q.Mədətov 1983-cü ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1990-cı ildə isə "Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. O, dəfələrlə yüksək dövlət mükafatları, o cümlədən "Şərəf nişanı” ordeni və müxtəlif medallarla, habelə fəxri fərmanlarla təltif olunmuşdur.

Professor Q.Mədətov həm də Azərbaycan və ümumiyyətlə Şərq xalqlarının adət və ənənələrinin, incəsənət və mədəniyyətlərinin yaxşı bilicisi idi. O, öz ibrətamiz sözləri, dadlı-duzlu söhbətləri, prinsipiallığı və əqidəsindən dönməzliyi ilə seçilən şəxsiyyət idi. İstər iş prosesində bərabər əməkdaşlıq, istərsə də aspirant və dissertantlara elmi rəhbərlik zamanı səmimiliyi və yüksək tələbkarlığı ilə seçilirdi.

Bir insan və elm xadimi kimi Q.Mədətovun ibrətamiz həyat yolu layiqli insan ömrü yaşamaq istəyənlərin hamısı üçün örnək, böyük məktəbdir.

Ədalət QASIMOV,

tarix üzrə elmlər doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM