Alternative content

19:32 20 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qışa belə hazırlaşmazlar
Qışa belə hazırlaşmazlar
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:30 07.12.2018


Bu il payız əvvəlki illərlə müqayisədə mülayim keçir. Belə havanı arxayın düşməməyə, qışa daha ciddi hazırlaşmağa avans kimi də başa düşmək olar. Buna baxmayaraq, tədbirli, irəlini görməyi bacaran təsərrüfat rəhbərləri hələ yay aylarından payız-qış mövsümünə hazırlıq görüblər. Əfsuslar olsun ki, bunu hamı, o cümlədən bəzi işıq, qaz, içməli su təsərrüfatlarının rəhbərləri haqqında demək mümkün deyil. Bir balaca hava sərtləşən, külək, yağış, qar olan kimi həmin təşkilatların paxırları çıxır üzə. Salyan Rayon Elektrik Şəbəkəsində olduğu kimi.

Noyabr ayının ortalarında Salyan şəhərinin mərkəzindəki elektrik transformatorunda qəza baş verdi. Nəticədə mənzillərdə, kommersiya şəbəkələrində olan elektrik məişət cihazlarının bir qismi qısa qapanmadan yanaraq sıradan çıxdı. Dəymiş ziyanın ödənilməsi ilə bağlı bir neçə vətəndaş əlaqədar orqanlara müraciət etmək fikrinə düşsə də, onlara başa saldılar ki, faydası yoxdur, özünüzü pis kişi etməyin, onsuz da heç kəs sizin şikayətinizi eşitməyəcək. Xatırladaq ki, hələ payızın əvvəllərində - oktyabr ayında da belə bir xoşagəlməz hadisə baş vermişdi. "Salyan döngəsi” deyilən ərazidə su xətti çəkənlər ekskavatorla qazıntı apararkən yüksək gərginlikli yeraltı elektrik xəttini sıradan çıxartmışlar. Nəticədə şəhər 9-10 saat işıqsız qalmışdı. Qəza iki təşkilatın - şəhərdə yeni su-kanalizasiya sistemi çəkənlərin və Rayon Elektrik Şəbəkəsi mütəxəssislərinin səhlənkarlığı, ciddi məsələyə qeyri-ciddi münasibəti nəticəsində baş vermişdi. Amma nə olsun? Onlara "gözün üstə qaşın var” deyən olmadı.

Və nəticədə salyanlılar növbəti belə hadisəni yaşadılar. Deməli, bu günlər, daha dəqiq desək, dekabrın 3-də Salyan şəhərinin böyük bir ərazisi səhər saat 10-dan axşam saat 8-dək işıqsız qaldı. Dekabr ayında bunun nə demək olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur. Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün Salyan Elektrik Şəbəkəsinin rəhbəri Nurəddin Nəcəfova telefon açmaq cəhdimiz baş tutmadı. Mobil telefonu gah məşğul olur, gah da söndürülürdü. Etməyib tənbəllik şəbəkənin işçilərinin çalışdığı sahəyə getdik. Sahə rəisi Həsənağa Məlikovdan problemin səbəbini soruşduq. O, səbəbin elektrik dirəklərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olduğunu bildirdi. "Bunu günlərin uzun olduğu, havaların xoş keçdiyi payız-qış mövsümünə hazırlıq dövründə də etmək olardı” iradımıza isə "Mənlik heç bir şey yoxdur. Səhərdən özüm yağışın altındayam, ayaqqabılarım islandığından onları iki dəfə dəyişmişəm. Mən də bilirəm, ayın-günün belə vaxtında bu düzgün deyil. Ancaq idarənin yiyəsi deyəndən sonra biz kimik?” - cavabını verdi. Hiss olunurdu ki, telefonuna ardı-arası kəsilmədən gələn zənglərdən özünə yer tapa bilmir. Birinə yarım saata, digərinə 20 dəqiqəyə işıq olacağı vədini verirdi. Növbəti zəngdən sonra isə telefonu qapadaraq "Bir-iki gündən sonra məzuniyyətə çıxıram, bəlkə işə qayıtmadım”, - dedi.

Bəli, işi vaxtında görməyəndə abonentlər də əziyyət çəkir, şəbəkənin mütəxəssisləri də. Sahə rəisi yəqin ki, qarşıda küləkli, yağışlı, qarlı-şaxtalı günlərin hələ çox olacağını, şəbəkədə isə vəziyyəti bildiyindən belə qərar verdi. Amma sahə rəisinin bu etirafı vəziyyətdən çıxış yoludurmu? Sözsüz ki, xeyr! Odur ki, bu sualın cavabını daha məsul qurumlar verməlidir.

Seyran CAVADOV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM