warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir

Alternative content

23:23 25 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Emin Ağalarovun “Crocus City Hall”da konsertləri olacaq
Emin Ağalarovun “Crocus City Hall”da konsertləri olacaq
ANA SƏHİFƏ / Mədəniyyət
20:24 06.12.2018


Dekabrın 10-11-də Moskvadakı "Crocus City Hall”da Emin Ağalarovun solo-konsertləri olacaq.

"Crocus City”nin İctimaiyyətlə Əlaqələr Departamentindən AZƏRTAC-a bildiriblər ki, müğənni hər il öz ad günündə konsertlər təşkil etmək ənənəsinə sadiq qalır. Bu il dekabrın 10-11-də artist "Crocus City Hall”da iki solo-şou təqdim edəcək.

Departamentdə qeyd ediblər: "Tamaşaçıları ən yaxşı və yeni hitlər, ən başlıcası, xüsusi abu-hava və canlı ifa gözləyir”.

Şounun ulduz qonaqları arasında "Serebro” qrupu, "А’Studio”, Qriqori Leps, Maksim Fadeyev, Valeri Meladze, Valeriya və digər müğənnilər olacaq.

Müğənni rus dilində "Neba ne boyalis” adlı yeni albomundan mahnıları və musiqisevərlərin artıq çox bəyəndiyi populyar kompozisiyaları, həmçinin ingilis dilində yeni hitləri ifa edəcək. Departamentdə əlavə ediblər: "Əlbəttə ki, Emin öz qonaqlarına bir neçə maraqlı sürprizlər də hazırlayıb. Onlardan biri əfsanəvi Devid Fosterlə birgə çalışmış xüsusi qonaq – amerikalı pianoçu, təkrarolunmaz ifası ilə tanınan Lola Astanovanın konsertlərdə iştirakıdır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM