warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü apk indir

Alternative content

23:28 25 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir neçə ali məktəbində olub
Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir neçə ali məktəbində olub
ANA SƏHİFƏ / Mədəniyyət
20:21 06.12.2018


Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri bu gün bir neçə ali məktəbdə görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Hacıbəylinin gəlini və nəvəsi, eyni zamanda, dahi bəstəkar Üzeyir Hacıbəyli nəslinin davamçıları sayılan Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli bu gün bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasını ziyarət ediblər. Burada qonaqları Akademiyanın binası ilə tanış edən prorektor Nərminə Quliyeva onlara təhsil ocağı haqqında geniş məlumat verib.

Sonra qonaqlar ADA Universitetində olublar. Universitetin rektoru Hafiz Paşayevlə keçirilən görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da iştirak edib. Görüşdə Azərbaycan Xalq Cümhuriyyəti, onun qurucuları ilə bağlı müzakirələr aparılıb. Cümhuriyyətin elan edilməsində böyük xidmətlər göstərmiş Ceyhun Hacıbəylinin Azərbaycanın tarixində oynadığı misilsiz rolu vurğulanıb.

Paskal Hacıbəyli Buşe və Benjamin Hacıbəyli görüşlərdən sonra İçərişəhərdə Azərbaycanın tarixi və mədəni abidlərini ziyarət edib, daha sonra Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramına qatılıblar.

Qeyd edək ki, Ceyhun Hacıbəylinin varisləri Diasporla İş üzrə Dövlət Komitəsinin Cümhuriyyətin 100 illiyi ilə bağlı həyata keçirdiyi tədbirlər çərçivəsində Azərbaycanda səfərdədir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM