Alternative content

14:59 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada işsizliyin səviyyəsi son 40 ildə minimuma enib
Dünyada işsizliyin səviyyəsi son 40 ildə minimuma enib
ANA SƏHİFƏ / DÜNYA
17:55 06.12.2018


Bu ilin sentyabrında dünyada işsizliyin səviyyəsi 5,2 faiz təşkil etmişdir. Bu, 2010-cu illə müqayisədə 2,8 faiz azdır və 1980-ci ildən bəri ən aşağı göstəricidir.

"The Financial Times” qəzeti İsveçrənin UBS bankının tədqiqatına istinadən xəbər verir ki, hazırda Avropa və Şimali Amerikada, habelə Asiya-Sakit okean regionunda işsizliyin səviyyəsi minimuma enmişdir. Beynəlxalq Əmək Təşkilatının iqtisadiyyat üzrə eksperti Santo Milazinin dediyinə görə, planetin əksər hissəsi üçün işsizlik problem yaratmır, lakin yeni açılan iş yerlərinin keyfiyyəti aşağıdır.

UBS-in maliyyə ekspertləri 48 inkişaf etmiş və inkişaf etməkdə olan ölkədə tədqiqat aparmışlar. Bu ölkələrin dünya istehsalında ümumi payı 84 faizə çatır.

Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu ilin axırlarında inkişaf etmiş ölkələrdə işsizliyin orta səviyyəsi son 50 ildə ilk dəfə 5,2 faizə enəcək. Eyni zamanda Dünya Ticarət Təşkilatının ekspertləri belə bir qənaətə gəlmişlər ki, həmin ölkələrdə işləməyən əhalinin payı 5,5 faiz təşkil edəcək. Bu isə 2007-ci ildəki göstəricidən çoxdur.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM