Alternative content

21:32 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kanadada “Nuawei”nin maliyyə direktoru tutuldu
Kanadada “Nuawei”nin maliyyə direktoru tutuldu
ANA SƏHİFƏ / DÜNYA
17:54 06.12.2018


Çinin "Nuawei” şirkətinin sahibinin qızı və onun maliyyə direktoru Men Vançjou Vaşinqtonun sorğusu əsasında Kanadada tutulmuşdur. Bu barədə Kanada Ədliyyə Nazirliyi məlumat vermişdir.

Men Vançjou dekabrın 1-də ABŞ-ın İrana qarşı ticarət sanksiyalarına riayət etmədiyinə görə Vankuverdə saxlanmışdır. Ekstradisiya olunacağı təqdirdə onun işinə Nyu York ştatının Şərq dairəsinin məhkəməsi baxacaq.

"Nuawei”in maliyyə direktorunun saxlanması barədə qərar Asiya Fond Birjasının və ABŞ-ın fond birjalarının indekslərinə mənfi təsir göstərmişdir.

Xatırladaq ki, ötən ayın 5-də Vaşinqton Tehrana qarşı ikinci sanksiyalar paketi tətbiq etmişdir. Paket İranın energetika, gəmiçilik və maliyyə sektorlarını əhatə edir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM