06 Dekabr 2018 17:43
751
İDMAN
A- A+

Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakı trasında keçiriləcək


Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu il Formula 1 mövsümünün təqvimini təsdiq edib.

AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq, yeni mövsümün ilk Qran-Prisi Avstraliyada olacaq. Melburndakı avtodromda yürüş martın 17-də keçiriləcək. Həmişə olduğu kimi, yekun yürüş dekabrın 1-də Əbu-Dabinin Yas-Marina avtodromunda baş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-dan 28-dək Bakı trasında olacaq.

Formula 1 üzrə 2019-cu il mövsümünün təqvimi:

Martın 17-si – Avstraliya Qran-Prisi
Martın 31-i – Bəhreyn Qran-Prisi
Aprelin 14-ü – Çin Qran-Prisi
Aprelin 28-i Azərbaycan Qran-Prisi
Mayın 12-si İspaniya Qran-Prisi
Mayın 26-sı Monako Qran-Prisi
İyunun 9-u Kanada Qran-Prisi
İyunun 23-ü Fransa Qran-Prisi
İyunun 30-u Avstriya Qran-Prisi
İyulun 14-ü Böyük Britaniya Qran-Prisi
İyulun 28-i Almaniya Qran-Prisi
Avqustun 4-ü Macarıstan Qran-Prisi
Sentyabrın 1-i Belçika Qran-Prisi
Sentyabrın 8-i İtaliya Qran-Prisi
Sentyabrın 22-si Sinqapur Qran-Prisi
Sentyabrın 29-u Rusiya Qran-Prisi
Oktyabrın 13-ü Yaponiya Qran-Prisi
Oktyabrın 27-si Meksika Qran-Prisi
Noyabrın 3-ü ABŞ Qran-Prisi
Noyabrın 17-si Braziliya Qran-Prisi
Dekabrın 1-i Əbu-Dabi Qran-Prisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video