Alternative content

22:12 19 Iyun 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib
Azərbaycan Premyer Liqasında XIII turun ən yaxşı futbolçusu və rəmzi komandası müəyyənləşib
ANA SƏHİFƏ / İDMAN
17:43 06.12.2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun rəmzi komandası açıqlanıb.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, "InStat” şirkətinin təhlili əsasında formalaşdırılan rəmzi "11-lik”də "Qarabağ”ın 7, "Zirə”nin 2, "Neftçi” və "Sabah”ın hər birindən bir futbolçu yer alıb.

Ağdam təmsilçisinin qapıçısı Səlahət Ağayev 7-ci, "Sabah”ın hücumçusu Marko Deviç 5-ci, Filip Ozobiç ("Qarabağ”) isə 4-cü dəfə həftənin komandasına seçiliblər. "Qarabağ”dan Mahir Mədətov, Abdullah Zubir, Bədavi Hüseynov, "Zirə”dən İlkin Qırtımov üçüncü, Miloş Radivoyeviç ("Zirə”) və Ansi Aqolli ("Qarabağ”) iki dəfə rəmzi komandada yer alıblar. "Qarabağ” klubunun futbolçuları Dani Kintana və Qara Qarayev isə ilk dəfə Azərbaycan Premyer Liqasının rəmzi komandasına daxil ediliblər.

"InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının XIII turunun ən yaxşı futbolçusu da məlum olub. Bu, "Qarabağ”ın futbolçusu Mahir Mədətovdur. O, "Keşlə”yə qarşı görüşdə 90 dəqiqə meydanda mübarizə aparıb və rəqibin qapısına üç qolla yadda qalıb. Araşdırmalara əsasən Mahir Mədətov turun ən yaxşı indeksə malik futbolçusudur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM