06 Dekabr 2018 17:26
762
Elm və texnika
A- A+

Şükrü Haluk Akalın: Mikayıl Müşfiqi Türkiyədə tanıtmaq üçün mühüm işlər görülür


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun təşkilatçılığı ilə Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, institutun direktoru, akademik Möhsün Nağısoylu tədbirin Prezident İlham Əliyevin "Mikayıl Müşfiqin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunduğunu söyləyib. Müşfiqi Azərbaycan lirik şeirinin klassiki adlandıran M.Nağısoylu ədibin öz dəstxətti, üslubu ilə fərqləndiyini, milli ədəbiyyatımızı lirik şeirləri, poemaları, mənzum oçerkləri ilə zənginləşdirdiyini vurğulayıb.

Sonra Türkiyənin Hacettepe Universitetinin leksikoqrafik tədqiqatlar mərkəzinin rəhbəri, professor Şükrü Haluk Akalının "Mikayıl Müşfiqin söz dünyası” mövzusunda məruzəsi dinlənilib. Professor şairin söz varlığının yaranmasında uşaq yaşlarında nənəsindən dinlədiyi bayatıların, nağılların və əfsanələrin böyük rol oynadığını söyləyib.

Müşfiqin müəllifi olduğu və ruscadan tərcümə etdiyi şeirlərdən danışan məruzəçi ədibin əsərlərində dövrünün Azərbaycan yazı dilindən başqa, dialektlərdən, gənclərin jarqonundan, Türkiyə türkcəsindən də məharətlə istifadə etdiyini vurğulayıb. O, Müşfiqin Namiq Kamal, Tofiq Fikrət, Abdülhaq Həmid və Faruk Nafiz kimi şairlərin yaradıcılığından təsirlənərək Türkiyə türkcəsinə müraciət etdiyini deyib.

O, Mikayıl Müşfiqin əsərlərinin bu günə qədər Türkiyədə çap olunmadığını və onunla bağlı yalnız 3 dissertasiya işinin hazırlandığını bildirib. Qeyd edib ki, hazırda şairin həyatını və şeirlərini Türkiyədə tanıtmaq, söz dünyasını araşdırmaq məqsədilə leksikoqrafik tədqiqatlar mərkəzində mühüm işlər görülür, M.Müşfiqin yaradıcılığına həsr olunan yeni dissertasiya işi yazılır.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə professor Sayalı Sadıqova, filologiya elmləri doktorları Əlizadə Əsgərli və Nəriman Seyidəliyev, filologiya üzrə fəlsəfə doktorları Sevinc Əliyeva, Kifayət İmamquliyeva, Xədicə Heydərova, Teyyub Quliyev və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video