Alternative content

15:00 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Erməni siyasətçi: Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü şəkildə pozur
Erməni siyasətçi: Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü şəkildə pozur
ANA SƏHİFƏ / DÜNYA
16:28 06.12.2018

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan jurnalistlərə müsahibəsində bildirib ki, ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Rusiya münasibətlərini məqsədyönlü və ardıcıl şəkildə pozur və Dağlıq Qarabağ münaqişəsini həll etmək gücünə malik deyil.

AZƏRTAC erməni KİV-lərə istinadla xəbər verir ki, siyasətçinin sözlərinə görə, Paşinyanın bir yox, iki "Axilles dabanı” var. Bunlar, xarici siyasət və Qarabağ problemidir. Aşotyan əlavə edib ki, onun partiyası iqtidarda olarkən Rusiya-Ermənistan əlaqələrinin möhkəmlənməsi istiqamətində çox işlər görüb, ölkəyə rus sahibkarların sərmayələrini cəlb edib, Moskva ilə bir sıra beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edib. Lakin Paşinyan təqsirsizlik prezumpsiyasını pozaraq Rusiyanın Ermənistandakı törəmə şirkətlərini, xüsusən "Qazprom Armeniya” və "YKJD” firmalarını təqib etdirir, ölkəyə xarici sərmayələrin cəlb olunmasının qarşısını alır. Siyasətçi qeyd edib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı rusiyalı tərəfdaşların onu dezinformasiya yaymaqda ittiham etməsinə səbəb olur və iki ölkə arasında əməkdaşlığa zərər vurur.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, Aşotyan vurğulayıb ki, Paşinyan vəziyyətə nəzarət edə bilmir və münaqişənin həllinə dair dəqiq mövqeyə malik deyil. Erməni siyasətçi əmindir ki, yeni hökumət danışıqlar prosesinə zərbə vurub.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM