06 Dekabr 2018 15:30
281
İQTİSADİYYAT
A- A+

SOCAR istiqrazları rekord qiymətə satılıb


Növbəti faiz ödənişinə bir aydan çox vaxt qalmasına baxmayaraq, SOCAR istiqrazları rekord qiymətə satılıb.

SOCAR istiqrazlarının marketmeykeri "PSG Kapital” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 5-də istiqrazların satışı 1032 dollardan gerçəkləşib. Bu, buraxıldığı gündən indiyədək SOCAR istiqrazları üzrə baş tutmuş ən yüksək satış qiymətidir. İstiqrazların rekord qiymətə satışı, onlara olan tələbatın kəskin artımı ilə bağlıdır.

SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5 faiz, faiz ödənişi isə hər 3 aydan birdir. Bu qiymətli kağızlar üzrə indiyədək 8 dəfə faiz ödənişi olub. Növbəti faiz ödənişi gələn il yanvarın 17-də həyata keçiriləcək.

İstiqrazların başlıca üstünlüyü SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin daim qrafikə uyğun aparılmasıdır. SOCAR istiqrazlarının sahibləri istiqrazlarını girov qoymaqla dollarda illik 5 faiz olan gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imkanına da malikdirlər. İstiqrazları 1 və 5 saylı "ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video