Alternative content

21:27 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb
Dövlət Miqrasiya Xidmətinin daha bir bölməsi “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində fəaliyyətə başlayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:28 06.12.2018

Dövlət Miqrasiya Xidməti (DMX) Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi (DGK) ilə əməkdaşlıq şəraitində Azərbaycan Respublikasının quru sərhədlərindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin fəaliyyətinin təşkilini davam etdirir.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, dekabrın 6-da "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Miqrasiya Xidməti və Dövlət Sərhəd Xidməti rəhbərliyinin iştirakı ilə yeni miqrasiya bölməsinin açılışı olub.

Tədbirdə DMX-nin rəisi Vüsal Hüseynov və DSX-nin rəisi, general-polkovnik Elçin Quliyev çıxış edərək respublikamızın quru dövlət sərhədindən buraxılış məntəqələrində də miqrasiya bölmələrinin yaradılmasının əhəmiyyətini qeyd edərək yeni bölmənin fəaliyyətinə uğurlar arzulayıblar.

Fəaliyyətə başlayan yeni miqrasiya bölməsi miqrasiya qanunvericiliyinin tələblərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə daha rahat giriş-çıxış etmələrinin təmin olunması, onlara operativ və yerində xidmətlərin göstərilməsi, miqrasiya sahəsində göstərilən xidmətlərin regionlara səfər edən və orada yaşayan əcnəbilər, habelə vətəndaşlar üçün daha əlçatan olmasının təmin olunması, onların miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlandırılması və məmnunluğunun artırılmasına xidmət edəcək.

Yeni miqrasiya bölməsi ilk vaxtlarda ölkədə olduğu və ya yaşadığı dövrdə miqrasiya sahəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikasından getməsi məhdudlaşdırılan əcnəbilərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin ölkədən çıxış vaxtı dövlət sərhədindən buraxılış məntəqəsində operativ və yerində həlli, miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdiyi üçün ölkəyə girişi məhdudlaşdırılan əcnəbilərin inzibati qərar icra edilməklə ölkəyə vaxt itkisi olmadan giriş etmələrinin təmin olunması, ölkə ərazisində olduğu yer üzrə qeydiyyatın aparılması və ölkədə yaşama icazələrinin alınması üçün sənədlərinin icraatda olmasını təsdiqləyən müvafiq arayışların verilməsi xidmətlərinin göstərilməsini təmin edəcək. Gələcəkdə göstərilən xidmətlərin sayının artırılması nəzərdə tutulur.

Yeni miqrasiya bölməsi 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək. Bölmə ölkəmizə təkcə "Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsindən giriş-çıxış edən əcnəbilərə deyil, ətraf ərazilərdə yaşayan və səfər edən əcnəbilərə də müvafiq xidmətlərin göstərilməsini təmin edəcək.

Qeyd edək ki, ilin sonunadək "Astara” (Azərbaycan-İran) dövlət sərhədindən buraxılış məntəqəsində də DMX-nin yeni xidmət bölməsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Xatırladaq ki, ötən aydan "Samur” dövlət sərhədindən buraxılış məntəqəsində DMX-nin yeni xidmət bölməsi fəaliyyət göstərir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM