warez script warez forum sanal santral orkide hacklink al shell indir mavi orkide Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir film izle

Alternative content

07:49 27 Mart 2019
ONLINE XƏBƏR LENTİ
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb
Müdafiə naziri ön xətt bölmələrinin döyüş hazırlığını yoxlayıb
ANA SƏHİFƏ / SİYASƏT
13:32 06.12.2018


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrinin döyüş hazırlığı ilə maraqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Z.Həsənova ərazinin maketi üzərində əməliyyat şəraiti barədə məruzə edildikdən sonra bölmələrin döyüşə hazırlıq vəziyyəti yoxlanılıb.

Gecə və gündüz şəraitində döyüş mühafizəsinin daha keyfiyyətli təşkili və müdafiənin dayanıqlılığın artırılması məqsədilə yaradılan müşahidə məntəqəsindən düşmən mövqelərini izləyən general-polkovnik Z.Həsənov müasir texniki vasitələrdən istifadə edilməklə xidmətin daha səmərəli təşkili ilə bağlı tapşırıqlar verib.

Ön xətdə yaradılmış təlim-tədris sahələrindən birində döyüş tapşırıqları üzrə məşq edən şəxsi heyətlə görüşən müdafiə naziri, xidmətdə fərqlənən və döyüş hazırlığında yüksək nəticələr göstərən hərbi qulluqçuları mükafatlandırıb. Nazir bölmələrin maddi-texniki təminatı, silah-sursat və hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, həmçinin sosial məişət şəraiti ilə tanış olub.

Sonra Ağdam rayonu ərazisindəki kəndlərdən birində yerli sakinlərlə görüşən general-polkovnik Z.Həsənov yaşayış məntəqələrimizin müdafiəsinin təşkili və əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə söhbətlər aparıb.

Müdafiə Nazirliyinin rəhbərliyi ilə söhbət zamanı burada yerli əhali və hərbçilər üçün yaradılan şəraitdən məmnunluqlarını bildirən kənd sakinləri müdafiə nazirindən onların minnətdarlığını ölkə rəhbərliyinə, xüsusilə Ali Baş Komandana çatdırmağı xahiş ediblər.

Sakinlər hərbçilərə etimadın yüksək olduğunu və Ordumuzun bölmələri tərəfindən bu istiqamətdə yaşayış məntəqələrinin təhlükəsizliyinin etibarlı təmin edildiyini də bildiriblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM