Alternative content

14:57 23 Yanvar 2019
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
20 Yanvar: FOTOKOMPOZİSİYA
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sabah ölkə ərazisində çiskinli yağış yağacaq
Sabah ölkə ərazisində çiskinli yağış yağacaq
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:30 06.12.2018

Azərbaycanda dekabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 10-12° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə zəif duman müşahidə olunacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, dağlıq ərazilərdə 3-5° şaxta, gündüz 6-11° isti olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti təşkil edəcəyi proqnozlaşdırılır.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində çiskinli yağış yağacağı, duman olacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-12° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə ayrı-ayrı şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq. Şərq küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 7-9° isti, gündüz 10-12° isti, dağlarda gecə 1-5° isti, gündüz 7-10° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən dekabrın 07-08-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsməsi bəzi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti narahatlıq hissi yarada bilər.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM